“Qarabağ”dan Emreliyə təklif

Tarix: 20:47 05.02.2024
Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli “Qarabağ” komandasına qayıtmaq ehtimalı yaranıb.
“Dinamo Zaqreb”də oyun praktikasından əziyyət çəkən Mahir Emreli oynamaq üçün icarə əsasında “Köhlən Atlar”a təklif olunub.Lakin azərbaycanlı futbolçu Avropada oynamaq istəyi ilə bağlı olaraq bu təklifi rədd edib. Zədələr səbəbindən Xorvatiya təmsilçisində yerinə möhkəmləndirə bilməyən 26 yaşlı hücumçunun ən azı yaya qədər Zaqreb təmsilçisində qalacağı təsdiqlənib.
Qeyd edək ki, “Beşiktaş”, “Hatayspor” və “Kocaelispor” komandaları Mahirlə yaxından maraqlanırlar. Futbolçunun Xorvatiya təmsilçisi ilə 2026-cı ilin iyunun 30-a qədər müqaviləsi davam edir.
Müzəffər Quluzadə
mənbə:sportal.az