‘’Beşiktaş’’ dan yeni transfer

Tarix: 23:00 05.02.2024
Super Liqa komandalarından "Beşiktaş" transfer işlərinə davam edərkən uzun müddətdir gündəmdə olan ingilis müdafiəçi Co Uorralı heyətinə qatdığını açıqlayıb.
‘’Beşiktaş’’ Co Uorral-ın icarəyə transferi üçün “Nottingham Forest”lə razılığa gəlib. "Beşiktaş" 27 yaşlı futbolçunun "Nottingem Forest"ə icarə haqqını ödəməyəcək. Klub ingilis futbolçuya 600 min avro maaş verəcək.
‘’Nottingem Forest’’ ilə müqaviləsi 2026-cı ilə qədər davam edən Uorral bu mövsüm İngiltərə yığmasında 9 matçda meydana çıxıb.
Ayaz Zeynalzadə