Bacı-qardaşı olanlarmı yoxsa olmayanlarmı daha xoşbəxtdir?

Bölmə: Maraqlı › ,
Tarix: 19:27 06.02.2024

Bacı-qardaşı olduğu üçün özünü xoşbəxt hiss edənlərdənsən, yoxsa “kaş tək uşaq olaydım” deyə ah-nalə çəkənlərdənsən? 

 

Son araşdırmalar göstərir ki, heç bir qardaşı, bacısı olmayan gənclər çoxlu bacı-qardaşı olanlardan daha yaxşı psixi sağlamlıq vəziyyətindədir və bacı-qardaşların sayı artdıqca insanların psixologiyası pisləşir. 

 

Bizim mədəniyyətimizdə yalnız bir uşağı olan ailələrə uşaq təzyiqi tətbiq olunur, çünki tək uşaq olmağın uşağı eqoist və ərköyün edəcək və bir qardaş, bacı sevgisini yaşamaq lazım olduğu inancı hakimdir. Başqa sözlə, “Tək uşaq bədbəxt olar” fikri hakimdir. Lakin ABŞ və Çində orta məktəb şagirdləri arasında aparılan araşdırma bunun əksini deyir.

 

“The Guardian”da yer alan xəbərə görə, ABŞ və Çində cəmi 18 min 500 orta məktəb şagirdi ilə aparılan araşdırma, ailədə övladların sayı artdıqca uşaqların psixologiyasının daha da pisləşdiyini ortaya çıxarıb.

 

ABŞ-da 9100, Çində isə 9400 şagirdə psixi sağlamlıqla bağlı sualların verildiyi araşdırmada izdihamlı ailələrdən olan uşaqların psixologiyasının daha pis olduğu ortaya çıxıb. Araşdırmaya görə, Çində heç bir bacı-qardaşı olmayan gənclər psixi sağlamlıq baxımından ən yaxşı vəziyyətdədirlər. ABŞ-da heç bir bacı-qardaşı olmayan və ya yalnız bir bacı-qardaşı olan uşaqların psixi sağlamlığı oxşar vəziyyətdədir.

 

Ümumiyyətlə, gənclərin psixi sağlamlıqları daha çox bacı-qardaşı olanda pisləşir və böyük bacı-qardaşı olan gənclərdə və bacı-qardaşların yaşı daha yaxın olduqda təsir daha çox olur. Tədqiqatçılar bunun səbəbini tortdan daha az pay almaqla müqayisə edirlər. Valideyn resursları bir piroq kimi düşünülürsə, tək övlad kimi böyüyənlər bütün tortu, yəni valideynlərin bütün diqqət və resurslarını alırlar, amma bacı-qardaşların sayı artdıqca hər uşaq daha az vəsait və diqqət alır. Bu da uşaqların psixologiyasına təsir göstərir.

 

Təbii ki, bu vəziyyət ölkədən ölkəyə, mədəniyyətdən mədəniyyətə və hətta ailədən ailəyə dəyişə bilər.

 

Samirə Musayeva