Anjelika Əkbərdən sevgi məktubu: “Melodiya 432"

Bölmə: Maraqlı › ,
Tarix: 16:55 07.02.2024

Bəstəkar, pianoçu və yazıçı Anjelika Əkbər “Melodiya 432"adlı yeni mahnısını dinləyicilərinə təqdim etməyə hazırlaşır.

 

Əvvəlki iki albomda olduğu kimi 432 Hz-ə təyin edilmiş piano ilə qeydə alınan "Melody 432" sinqlı bu mənada seriyanın davamıdır. Bəstəsi özünə məxsus olan müğənni piano arxasında əyləşib və skripkada onu Tuba Bayav Ünlü müşayiət edib. "Melodiya 432"fevralın 9-da bütün rəqəmsal musiqi platformalarında yerini alacaq. Bu bəstənin ürəklərə şəfa verməsini arzulayan Anjelika Əkbər bəstənin ruhlandırıcı, real və çox xüsusi romantik hekayə olduğunu aşağıdakı cümlələrlə izah etdi: Köhnə dost xaricdə yaşayan Albert mənə zəng etdi və həyat yoldaşı Ginanın ad günü olacağını və ona musiqi hədiyyəsi vermək istədiyini həyəcanla bildirdi və dedi: 

 

“Bilirəm, başqası üçün belə bir sifariş hazırlamaq asan olmaya bilər, amma sən Gina ilə məni çoxdan tanıyırsan, mənim ona olan duyğularımı hiss edə bilirsən. Zəhmət olmasa, gözəl bir kompozisiya yaratmağa cəhd edə bilərsənmi? Partiyanı və bu bəatəni doğum günündə ona hədiyyə edəcəyəm və o vaxta qədər bu sirr olaraq qalacaq. Sizə bir ipucu verim: o, fortepiano,skripkanı və romantik musiqini sevir". 

 

Hiss edirdim, bacararam, bu musiqi dili ilə yazılmış bir növ “Sevgi məktubu” olardı. Tələsmədim, içimdə musiqinin doğulmasını gözlədim. Yayda Sinopa gedərkən təyyarədə o musiqi gəldi. Adını 'Melodiya' qoydum, ilk təkan təyyarədə gəldi, qalanı isə axşam Sinopda Qara dəniz sahilində dalğaların səsini və mənzərəsini seyr etməklə oldu. Həmin an Albert üçün onun videosunu çəkdim ki, o, sonradan bəstənin doğulduğu an Ginaya göstərsin. Rəqəmsal ünsiyyət əsrində, duyğuların və sözlərin dəyərinin az qala unudulduğu, demək olar ki, heç kimin heç kimə əl ilə yazılmış məktublar göndərə bilmədiyi bir dövrdə Albertin Ginaya belə bir hədiyyə etmək istəyi çox dəyərlidir...432 Hz vibrasiya sürəti ilə qeyd etdiyim "Melody" üçün skripkaçı Tuba Bayav Ünlü həyatında ilk dəfə skripkasını bu tezlikə kökləyərək ifa etdi. “432 tezliyi"ilə yazdığım əvvəlki albomlarımda olduğu kimi, Yuri Ryadçenko ilə də tonmayster kimi çalışdım.

 

Mənbə: Habertürk

Tərcümə etdi: Aytac Kərimova