Səhər yeməyi üçün ən yaxşı vaxt hansıdır?
Bölmə: Maraqlı › ,Tarix: 19:39 07.02.2024
Mütəxəssis dietoloq Sevgi Yavuz günün ən vacib yeməyi sayılan səhər yeməyini yeməyənlərin axşam yeməyində daha çox kalori qəbuluna diqqət çəkib. Bəzi insanların daha gec oyanmağa meyilli olduğunu deyən Yavuz, "Belə hallarda oyandıqdan sonra ilk bir saat ərzində səhər yeməyi yemək tövsiyə olunur" dedi.
Səhər yeməyi üçün hansı vaxtın daha uyğun olduğuna toxunan mütəxəssis Dietoloq Sevgi Yavuz bildirib ki, oyandıqdan sonra ilk iki saat ərzində səhər yeməyi yemək maddələr mübadiləsini aktivləşdirməyə kömək edə bilər.
"Bu müddət ərzində orqanizm ehtiyac duyduğu enerjini bütün gün ərzində təmin etməyə hazırlaşır”.
İspaniyalı alimlərin bir araşdırması səhər yeməyini səhər saat 08:11-də yeməyin daha təsirli olduğunu ortaya çıxarıb. Araşdırmalar göstərir ki, səhər yeməyini keçənlər axşam yeməyində daha çox kalori qəbul edirlər. Buna görə də səhər yeməyini keçənlər daha çox çəki alırlar.
Mütəxəssis səhər yeməyinin sağlamlığa müsbət təsirinin yalnız maddələr mübadiləsi və enerji qəbulu ilə məhdudlaşmadığını qeyd edib.
"Bir çox araşdırmalar müntəzəm səhər yeməyi yeyənlərin kilo nəzarətində daha müvəffəqiyyətli olduğunu və gün ərzində daha sağlam və balanslı qida seçimləri etdiyini göstərir. Bədənimiz gecə boyu böyümə və təmir üçün çoxlu enerji sərf edir. Balanslı səhər yeməyi ilə enerjiylə bərabər protein və kalsium səviyyəmizi də möhkəmləndirmiş oluruq".
Samirə Musayeva