Simitin sağlamlığımıza vurduğu zərərlər

Bölmə: Maraqlı › ,
Tarix: 19:41 08.02.2024

Səhər yeməyi üçün isti simit və bir fincan çay demək olar ki, hər kəsi sevindirir. Lakin məlum olur ki, davamlı olaraq təkrarladığımız bu davranış sağlamlığımıza zərər verir. Səhər yeməyində çayın yanında simit yeməzdən əvvəl iki dəfə düşünmək lazımdır.Səhər yeməyində çayın yanına simit almadan əvvəl bir daha düşünmek gerekdir.

Səhər yeməyində yeyilən simit nə qədər dadlı olsa da, əslində tərk etməli olduğumuz bir vərdişdir. Simitin zərərlərini öyrəndikdən sonra onu bir daha almaq istəməyəcəksiniz. Simit istehlakının insan sağlamlığına zərərli təsirləri var.

Səhər yeməyinin ulduzlarından biri olan simit yüksək karbohidrat tərkibinə malikdir. Doymuş yağda da çox yüksəkdir. Simitlər də ağ un ehtiva edir və buna görə də yüksək glisemik indeksə malikdir. Bu, qan şəkərinin qəfil yüksəlməsinə səbəb olur. Qısa müddətə enerji versə də, sonradan qan şəkəriniz daha sürətlə aşağı düşür və aclıq hissi bədəni sürətlə bürüməyə başlayır.

 Bundan əlavə, yüksək doymuş yağ tərkibinə görə, simitlər pis xolesterin səviyyəsinin artmasına səbəb olaraq ürək sağlamlığını təhlükə altına alır. Tərkibində duz və şəkər olan simitlər kökəlməyə səbəb olur və hipertoniya riski yaradır. Simitin tərkibindəki maddələr emal olunaraq təmizləndiyi üçün qida dəyəri aşağıdır və zərərlidir. Daha sağlam həyat üçün simit istehlakını dayandırmaq daha yaxşı olardı.

 

Tərcümə etdi: Asiman Hafizqızı

Mənbə: Haber Global