Ametist daşı nədir?
Bölmə: Maraqlı › ,Tarix: 20:31 08.02.2024
Ametist təbii daş qrupunda məşhur bir daş növüdür. Bənövşəyi rəngin bütün çalarları ilə valehedici atmosfer yaradan ametist fərqli xüsusiyyətləri ilə diqqət çəkir. Ametist daşı bu gün müxtəlif zərgərliklərdə istifadə olunan xüsusi təbii daşdır. Onlar tez-tez boyunbağı, üzük və bilərziklərdə istifadə olunur. Ametist daşı təbiətdə boldur. Digər təbii daşlarla müqayisədə sərfəli qiymətləri ilə seçilir.
Ametist daşı çoxsaylı faydaları ilə seçilən təbii daşlardan biridir. Bu faydaları aşağıdakı kimi sıralamaq olar:
Sakitləşdirici təsirə malikdir.
Konsentrasiyaya kömək edən ideal daşdır.
Bədəndə yığılan mənfi enerjini toplayaraq insanın müsbət hiss etməsinə kömək edir və dəstək olur.
Obsesif düşüncələrə sakitləşdirici və yüngülləşdirici təsir göstərir.
Ən məşhur faydası insana verdiyi rahatlaşdırıcı təsirdir.
Gözə xeyirli olduğuvə qanı təmizlədiyinə inanılır.
Bu daş həm fiziki, həm də mənəvi cəhətdən çoxlu faydalar verir.
Tərcümə etdi:Sayad Qoşnalıyeva
Mənbə:Hürriyet