Stresslə mübarizə aparan 10 qida!
Bölmə: Maraqlı › ,Tarix: 20:11 12.02.2024
1. Balqabaq toxumu: Stress zamanı yüksələn və stress əlamətlərini azaldan kortizol səviyyələrinin tənzimlənməsində rol oynayan maqneziumun əsas mənbəyidir. Stressli dövrlərdə qəlyanaltılarınıza bir ovuc balqabaq toxumu əlavə edin.
2. Yulaf əzməsi: Südünüzə və ya qatığınıza serotonin səviyyəsini artıraraq stressi azaldan yulaf əzməsi əlavə edərək sağlam yeməklər hazırlayın.
3. Qırmızı bibər: C vitamini mənbəyidir. Vitamin C qanda stress hormonu olan kortizol səviyyəsini aşağı salaraq stressi aradan qaldırmağa kömək edir. Stressli vaxtlarda yeməklərinizə və ya salatlarınıza qırmızı bibər əlavə edin.
4. Yaşıl Çay: Tərkibində əhval pozğunluqlarına müsbət təsir göstərən L-Theanine amin turşusu var. L-Theanine stressi azaldan serotonin və dopamin hormonlarının istehsalına kömək edir. Beyində stresslə əlaqəli kimyəvi maddələrin səviyyəsini aşağı salaraq stress və narahatlığı azaldır. Ürək və ya təzyiq kimi xroniki sağlamlıq probleminiz yoxdursa, qəlyanaltı zamanı və ya günün əvvəlində yaşıl çay için.
5. Qızılbalıq: Stresslə mübarizədə aktiv rol oynayan D vitamini və Omeqa-3 yağ turşuları ilə zəngin olan qızılbalığı qril/qaynatma/bişirmə kimi sağlam bişirmə üsulları ilə hazırlayaraq həftədə ən az iki dəfə istehlak edin.
6. Tünd şokolad: Beyindəki serotonin və endorfin kimi bizi yaxşı hiss etdirən nörotransmitterlərin səviyyəsini artırır. Odur ki, stresli anlarda özünüzü daha yaxşı hiss etmək üçün qəhvənizlə ən azı 70 faiz kakao olan tünd istehlak edin.
7. Yaşıl mərci: Əhval-ruhiyyəni yaxşılaşdırmağa kömək edən selenium baxımından son dərəcə zəngin olan yaşıl mərcini salatlarınızda və ya yeməklərinizdə istifadə edərək stresslə mübarizə apara bilərsiniz.
8. Kefir: Probiotikli qidalar bağırsaq florasını tənzimləyərək stressi azaltmağa kömək edir. Kefir istehlak etməyi vərdiş halına gətirərək, təbii bağırsaq bakteriyalarına dəstək ola bilərsiniz. Bununlada stresslə əlaqəli xəstəliklərin riskini azalda bilərsiniz.
9. Qaragilə: Stresslə mübarizədə təsirli olan dopaminin istehsalına kömək edir. Sərbəst radikallarla mübarizə aparan antioksidanlarla zəngin olan qaragilələri qatıqa əlavə edərək istehlak edə bilərsiniz.
10. Yumurta: Serotonin yaratmağa kömək edən bir amin turşusu olan triptofanın əsas mənbəyidir. Zəngin D vitamini, sink, maqnezium və selen qaynağı olan yumurtaları süfrənizdən əskik etməməklə stresslə mübarizə apara bilərsiniz.
Mənbə: HaberTürk
Tərcümə etdi: Banuçiçək Kalbalıyeva