Fibroblast nədir?
Bölmə: Maraqlı › ,Tarix: 20:01 14.02.2024
Fibroblast birləşdirici toxumanın əsas hüceyrəsi kimi tanınan bir hüceyrə növüdür. Birləşdirici toxuma bədəndəki müxtəlif toxumaların, əzələlərin və orqanların tikinti materiallarını təşkil edən bir toxuma növüdür.
Fibroblastlar bu birləşdirici toxumanı meydana gətirən kollagen liflərini istehsal edən və yeniləyən hüceyrələrdir. Bu hüceyrələr yaraların sağalması, toxumaların bərpası və bədənin birləşdirici toxuma strukturunun qorunması üçün vacibdir. Fibroblastlar bədəndə geniş yayılmış və toxuma təmiri proseslərində əsas rol oynayan hüceyrələrdir. Fibroblast müalicəsi xüsusi bir prosesdən sonra insanın öz hüceyrələrinin insana qaytarılması ilə həyata keçirilən təbii müalicə üsuludur.Bu müalicə üsulu dərinin görünüşünü düzəltmək və cavanlaşdırmaq üçün istifadə edilir.
Fibroblast nə edir?
Fibroblastlar birləşdirici toxumanın əsas tikinti bloklarını istehsal edən hüceyrələrdir. Bu hüceyrələr bir neçə vacib funksiyaya malikdir:
Hüceyrədənkənar matriks istehsalı:
Fibroblastlar ətraflarında hüceyrədənkənar matris adlanan bir quruluş yaradırlar. Bu matris müxtəlif zülallar (məsələn, kollagen və elastin) və qlikozaminoqlikanlar kimi molekullardan ibarətdir. Hüceyrədənkənar matris hüceyrələri bir yerdə saxlayır, onları dəstəkləyir və toxumalar arasında struktur çərçivə təmin edir.
Birləşdirici toxuma əmələ gəlməsi:
Fibroblastlar xüsusilə kollagen adlanan zülalları sintez edərək birləşdirici toxuma əmələ gəlməsini təmin edir. Kollagen bədəndə dözümlülüyü artıran və müxtəlif toxumalarda olan bir protein növüdür. Elastin toxumaların elastikliyini təmin edir.
Yara sağalması:
Fibroblastlar yaralanan bölgələrə cəlb olunaraq yaraların sağalmasına kömək edir. Zədələnmiş ərazidə yeni kollagen lifləri və digər hüceyrədənkənar matris komponentləri istehsal edərək, zədələnmiş toxumaları bərpa edir və sağalmanı təşviq edirlər.
Dokulararası əlaqə:
Fibroblastlar müxtəlif hüceyrələr arasında əlaqə təmin edir. Bu, birləşdirici toxumanın homeostazını (balansını) saxlamağa kömək edir.
Fibroblastların bu funksiyaları bədəndəki toxumaların strukturunun saxlanması və dəstəklənməsi və müalicə proseslərinin idarə edilməsində vacibdir. Fibroblastlar birləşdirici toxuma, dəri, vətərlər, bağlar və orqanların dəstək strukturunun yaradılmasında mühüm rol oynayır.
Mənbə: npistanbul.com
Tərcümə etdi: Gülnisə Əfkari