Xərçəng riskinə qarşı təkliflər edilir
Bölmə: Maraqlı › ,Tarix: 23:15 16.02.2024
Araşdırmalar qidalanma, tütün istifadəsi, idman və xərçəng arasında əlaqəni ortaya qoyur.
Qidalanma və Pəhriz Mütəxəssisi Derya Eren sağlam qidalanma və idman vərdişləri ilə zərərli kimyəvi maddələrin orqanizmdə xərçəngə səbəb olan təsirlərinin qarşısının alına biləcəyini paylaşıb.
O bildirib ki, mümkün olduqca təbii, təzə və mövsümi qidalanma, tərkibində qatqı olan qidalardan uzaq durmaq, ağ çörək əvəzinə tam buğdalı qəhvəyi çörək, turşu və qazlı içkilər əvəzinə meyvə, süd və ya ayran içməyə, qapaqları əyri olan konservləşdirilən qidalardan uzaq durmağa və qidaları seçməyə mümkün qədər diqqətli olmaq lazımdır.
Siqaret çəkmək, duzlu, hisə verilmiş və yağlı qidaların həddindən artıq istehlakı, radiasiya, yüksək yağlı qidalanma, bəzi bakterial və virus infeksiyaları, süni kimyəvi maddələr, əlverişsiz iş şəraiti, tərəvəz və meyvələrin qeyri-kafi istehlakı və kifayət qədər lif istehlakı xərçəng riskini artıran amillərdəndir.
Bundan əlavə, siqaret çəkməmək və siqaretsiz şəraitdə yaşamaq, pestisidlərə və kimyəvi maddələrə az məruz qalma, radiasiyadan qorunma, gündəlik enerjidən gələn yağ faizinin 30-dan aşağı olması, bol təzə tərəvəz və meyvələr yemək və liflə zəngin bir pəhriz ilə xərçəng riskini azaltmağa kömək edir
XƏRÇƏNG RİSKİNİ AZALDAN 7 QİDALANMA TƏKLİFİ
Fiziki və ruhi sağlamlıq üçün sağlam və balanslı bəslənmənin, həmçinin nizamlı idmanın çox vacib olduğunu vurğulayan Derya Eren xərçəng riskini azaltmaq üçün 7 qidalanma tövsiyəsi verdi:
•Adekvat və balanslaşdırılan qidalanma təmin edilməli, bütün qida qruplarından qidaların daxil olduğu balanslaşdırılan menyular hazırlanmalıdır.
•Gündə ən az 5 porsiya tərəvəz və ya meyvə istehlak edilməlidir. Ən azı 2 porsiya yaşıl yarpaqlı tərəvəzlər və ya portağal və limon kimi sitrus meyvələri olmalıdır.
•Rafine taxıl və saf şəkər əvəzinə tam taxıllara üstünlük verilməlidir.
•Qırmızı ətin, xüsusilə yüksək yağlı və işlənmiş qırmızı ətin istehlakı məhdudlaşdırılmalıdır. Qırmızı ət yerinə balıq, toyuq və paxlalılar istehlak edilməlidir.
• Yağ qəbulunu azaltmaq üçün yeməklər daha az yağla bişirilməli, ət yeməkləri yağ əlavə edilmədən öz yağında bişirilməli, qızartma, qovurma kimi bişirmə üsulları yerinə qaynama, qril və bişirmə üsullarına üstünlük verilməlidir.
•Xərçəngə qarşı tək növ qidalanmadan qaçınmaq lazımdır. Həddindən artıq istehlak, istər təbii, istərsə də işlənmiş qida, həmişə zərər verir.
•Bir çox xəstəliklərin və xərçəngin səbəbi artıq kaloridir. Bu səbəblə tərəvəz və meyvələr istehlak edilməli, gündəlik 25-30 dəqiqə gəzinti edilməli, siqaretdən uzaqlaşdırılmalı və bədən kütlə indeksinin normal standartlarda, yəni 18-25 arasında olmasına diqqət yetirilməlidir.
Sevinc Yarməmmədova
Mənbə: Habertürk