Depressiya ilə mübarizənin ən güclü həll yolları açıqlanıb
Bölmə: Maraqlı › ,Tarix: 23:23 16.02.2024
Aparılan araşdırma depressiya ilə mübarizədə dərman və müalicədən çox daha təsirli həll yollarının olduğunu ortaya qoydu.
Avstraliyanın Kvinslend Universitetinin alimləri müəyyən ediblər ki, depressiyanı azaltmaq üçün dərman və terapiya seanslarından daha faydalı olan iki həll yolu var.
“British Medical Journal” tibb jurnalında dərc olunan araşdırmada elm adamları gəzinti, qaçış və yoqanın depressiyanı azaltdığını aşkar ediblər.
Araşdırmanı icra edən Dr. Michael Noetel: "Gəzinti və qaçış çox az yan təsirə və ya praqmatik maneələrə malikdir və səviyyəsindən asılı olmayaraq hər kəs üçün depressiyanı azaltmaq üçün effektiv həll yoludur" dedi. Noetel, depressiya əlamətlərini azaltmaq üçün daha sıx məşqlərin edilə biləcəyini də ifadə etdi.
BUNLAR ANTİDEPRESSANLAR QƏBUL ETMƏKDƏN YAXŞIDIR:
Araşdırmanın təfərrüatlarını paylaşan elm adamları, "Yoqanın xüsusilə yaşlı kişilər üçün çox daha şəfaverici, güclü məşqlər isə gənc qadınlar üçün daha faydalıdır. İdmanla məşğul olmaq dərman və terapiyadan daha təsirli ola bilər" dedilər. Alimlər 14170 iştirakçının məlumatlarını araşdırarkən depressiyanı azaltmaq üçün hansı fəaliyyətlərin daha faydalı olduğunu araşdırıblar. Hər növ fiziki fəaliyyətin insanın əhval-ruhiyyəsinə müsbət təsir etdiyini təsbit edən elm adamları qaçış və sürət yönümlü məşqlərin çox daha təsirli olduğunu bildiriblər.
Yoqa və rəqs kimi qrup dərslərinin də depressiya əlamətlərini yaxşılaşdırmaqda çox təsirli olduğu qeyd edilərkən, sosial qarşılıqlı əlaqənin əlavə faydaları olduğu qeyd edildi.
Ümumilikdə, aerobik məşq antidepresanların qəbulundan daha təsirli olduğu halda, qaçış və rəqs də daxil olmaqla müxtəlif fəaliyyət növləri idrak davranışçı terapiyadan daha çox təsir göstərib.
Samirə Musayeva