Siqaret çəkən şəxslərin diqqətinə

Bölmə: Maraqlı › ,
Tarix: 10:40 19.02.2024

Bilkent Şəhər, uşaq, yeniyetmə xəstəxanasının müdiri Dos. Dr. Demet Taş, 18 yaşından kiçik şəxslərin siqaret çəkməsi zamanı, siqaretin beyində qalıcı dəyişikliklərə səbəb olduğunu bildirdi.

 

Yeniyetmələrin Sağlamlığı Kafedrasının müdiri və 18 yaşa qədər Siqareti tərgitmə poliklinikasının müdiri dos. Dr. Taş izah etdi ki, poliklinika 3 ildir 18 yaşdan aşağı xəstələrə xidmət göstərir.

 

Pandemiya zamanı xəstə qəbulu bir qədər kəsilsə də, bu günə qədər poliklinikada 400-dən çox yeniyetməyə xidmət göstərdiklərini deyən Taş, "Yetkinlərin yüzdə 90-ı 18 yaşından əvvəl siqaret çəkməyə başlayır. Siqaretə 18 yaşından əvvəl başladıqda, digər dövrlərə nisbətən çox daha güclü asılılığa səbəb olur .

 

 

Eyni zamanda Demet Taş qeyd edir ki, siqaretdən erkən istifadə asılılıq yaradan maddələrə də başlamağı asanlaşdırır. Çünki o yaş qrupunda beynin inkişaf prosesi davam edir və siqaret beyində qalıcı dəyişikliklərə səbəb olur".

 

Dos. Dr. Taş, siqaret çəkmə səbəbiylə yeniyetmələrin ağciyərlərinin çox daha qısa müddətdə mənfi təsirləndiyini və ağciyər rentgenlərində bunu açıq şəkildə gördüklərini vurğuladı.

 

Tehran Yusifli