Qışda tək ailənin yaşadığı məhəllə
Bölmə: Maraqlı › ,Tarix: 23:48 19.02.2024
Türkiyənin Van şəhərinin Muradiye rayonunda qışda güclü qar və soyuq hava səbəbiylə boşaldılan 30 evdən ibarət kənd məhəlləsində tək ailə yaşayır. Emrah və həyat yoldaşı Elmas Sarı heyvanlarına baxmaq üçün məhəllədən çıxmır.
Vanın Muradiyə mahalına 30 kilometr aralıda yerləşən Güllüçimən rayonundakı 30 təsərrüfatdan 29-da yaşayan təxminən 70 nəfər şiddətli qış fəslinə görə payız mövsümündə evlərini tərk edərək,başqa şəhərlərə və ya rayon mərkəzinə köçüb. Yerlərində qarın qalınlığının üç metrə çatdığı, qış boyu çovğun və qarın təsirli olduğu məhəllədə yaşayan Emrah və həyat yoldaşı Elmas Sarı gəlir mənbəyi olan xırda mal-qarası üçün evlərindən ayrılmır. Məktəbə gedən iki uşağını rayon mərkəzindəki qardaşının yanına göndərən Sarı üç uşağı və arvadı ilə birlikdə yaşayır. Uzun və sərt qışdan əvvəl sığındıqları iki otaqlı evin bir otağında ləvazimatlarını və ilkin ehtiyaclarını saxlayan Sarı cütlüyü çovğun səbəbiylə tez-tez bağlanan qəsəbədə texnologiyadan və şəhərin səs-küyündən uzaq, təbii həyat tərzi keçirərək yaşayırlar. Bütün imkansızlıqlara baxmayaraq, çiyin-çiyinə çalışırlar və zəhmət çəkirlər.
Qış şərtləri ilə mübarizə aparan cütlük, dolanışığlarını təmin etdikləri 300 baş xırdabuynuzlu heyvanın qayğısına qalır. Muradiye Bələdiyyəsinin qarla mübarizə qrupları da cütlüyün tək yaşadığı məhəllənin yolunun açıq tutulması üçün çalışır.
Aytac Kərimova
Mənbə:Habertürk