Qazaxıstanda baş verən ən böyük metan sızıntısı
Bölmə: Maraqlı › ,Tarix: 23:52 19.02.2024
İndiyə qədər qeydə alınan ən böyük metan sızmalarından birinin ötən il Qazaxıstanda yeni qaz ehtiyatlarının axtarışı üçün qazılan kəşfiyyat quyusunda baş verdiyi müəyyən olunub.
Quyuda baş verən partlayışın təsiri ilə başlayan və 6 ay davam edən yanğında 127 min ton metan sızdığı təxmin edilir. Metan, karbon qazından daha çox qlobal istiləşməyə töhfə verən istixana qazıdır.Quyunun sahibi “Buzaçı Neft” şirkəti “əhəmiyyətli miqdarda” metan qazının sızdığını təkzib edib. ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Agentliyinin İstixana Qazı Ekvivalenti Kalkulyatoruna görə,belə sızmanın ətraf mühitə təsiri 717 mindən çox benzinin idarə olunmasının təsirinə bənzəyir.
Birləşmiş Millətlər(BM)Beynəlxalq Metan Emissiyaları Müşahidə Mərkəzinin rəhbəriManfredi Kaltagirone "Sızmanın ölçüsü və müddəti fövqəladədir. Bu, son dərəcə böyükdür" deyə bildirib. Sızma 2023-cü il iyunun 9-da Qazaxıstanın cənub-qərbindəki Mangistau bölgəsində kəşfiyyat quyusunun qazılması zamanı partlayış nəticəsində baş vermiş yanğınla başlayıb. İlin sonuna qədər davam edən yanğın 25 dekabr 2023-cü ildə nəzarətə götürülüb. Yerli hakimiyyət orqanlarından BBC-yə bildirilib ki,quyunun betonla möhürlənməsi işləri davam edir.
Aytac Kərimova
Mənbə:BBCNews