Uşaqların aqressiv davranışlarının səbəbləri-Psixoloq AÇIQLADI
Bölmə: Sosial › ,Tarix: 21:11 20.02.2024
Bəzən uşaqlar ətrafdakılara, xüsusilə valideynlərinə aqressiv davranışlar göstərirlər, istədikləri nəsə olmayanda buna ağlamaq, qışqırmaq aqressiya vasitəsilə qarşılıq verirlər.
Bəs uşaqlarda tez-tez görülən bu aqressiyanın səbəbi nədir?
"İnformator.az" məsələni aydınlaşdırıb.
Bu haqda saytımıza açıqlama edən psixoloq Gülnar Orucovanın sözlərinə görə,
uşaqların bu qədər aqressivliyinə ilk olaraq telefonlar, oyunlar səbəb olur.
"Onlar o oyunları oynamalı deyillər. Uşaqlar o oyunları oynayırlar, günlərlə sosial şəbəkələrdə yatırlar, gecə gec saatlara qədər oyaq qalırlar. Beləliklə, beynin funksiyaları pozulur və insanlar sosial şəbəkədə nəyi görürlərsə onları doğru qəbul etməyə başlayırlar. Ailədə aqressiyanı görən insan əlbəttə ki, o aqressiyanı, şiddəti cəmiyyətə daşıyacaq. Biz nə qədər daşımayacağını desək də, yenədə daşıyır"
Psixoloq bu məsələ ilə bağlı valideynlərə də məsləhətlər edir:
"Çalışmalıyıq ki, öz uşağımıza zamanında sevgini, diqqəti, qayğını verək ki, o, gələcək də aqressiv olmasın. Biz belə uşaqlara davranış pozuntusu, psixoloji xəstəlik və müxtəlif diaqnozlar qoyuruq, amma burada daha vacib bir məsələ var. Diaqnozlar qoyulanda xəstə on seans alır və guya düzəldi. Dövlət 10 seansdan artıq psixoloji problemi olanlara seansları davam etmir. Çünki dövlət də o qədər qəbul var. Özəl psixoloqlar, yəni bizlərdə də minimal qiymət 30-40 manatdan başlayır və belə olduqda çox insanlar imkan olmadığına görə müalicəyə gəlmirlər. 10 seansla da dövlət müalicəni yekunlaşdırır və bu problemi həll etmir".
Gülnar Orucova qeyd edir ki, bu uşaqlar üçün xüsusi məktəblər var.
"Belə hallarda Türkanda yerləşən çətin tərbiyə olunan uşaqların məktəbinə müraciət edilməli, bu uşaqlar orada oxumalıdırlar. Əgər kütləvidə problem yaradırlarsa, mütləq ki, o məktəblərdə oxumalıdılar. Biz belə olanda üstünü örtüb psixoloji problemlidir, xəstədir və s. deməklə gələcəkdə Əhməd kimi qatillərin sayını artırırıq. Biz birinci sosial şəbəkələrdə bu cür hadisələri şiddətli şəkildə qınamalıyıq. Qınamaqla yanaşı, bunu edənlərə xüsusi tədbirlər görülməlidir və bundan sonra da artıq insanlarda da öz yoldaşlarına qarşı və ya digər insanlara qarşı bu addımı atmaq istədikləri zaman içlərində bir qorxu yaranar, bu addımı atanları sonra nə gözlədiyini bilərlər. Amma biz psixoloji xəstə adı qoyuruq, guya bu psixoloji xəstədir deyib, gizlədirik. Onu gizlədəndən sonra bir az müalicə alır bununla da qurtarır. Amma bu, belə olmalı deyil. Çünki onlar həqiqətən psixoloji xəstə deyillər. Onlar narsistilər, sadist tipajdılar. Başqalarını incitməkdən həzz alırlar. Ona görədə belə sadist insanları vaxtında cəzalandırmaq lazımdır".
Banuçiçək Kalbalıyeva