Uşağın törətdiyi əmələ görə valideyn məsuliyyət daşıyır-Hüquqşünasdan AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 21:29 20.02.2024

"Uşaq hüquqları haqqında" qanun layihəsi hazırladıq və aidiyyəti qurumlarla müzakirələr aparılır".

 

Bu sözləri  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova Dövlət Komitəsinin "Facebook" səhifəsinin canlı efirində "Uşaqlar arasında zorakılıq halları" mövzusunda müzakirə zamanı deyib.

 

O bildirib ki, uşaqların bu cür aqressiv davranışlarının qarşısını almayan valideynlər üçün də məsuliyyət nəzərdə tutulur.

 

Qeyd edək ki, paytaxtdakı 156 nömrəli tam orta məktəbin XI sinif şagirdinin 2023-cü ildə məktəbin IX sinfindən məzun olmuş qıza qarşı məktəbdən kənarda etdiyi uyğunsuz hərəkətlərin görüntüləri yayılıb.


Hüquqşünas Esmira Rzayeva informator.az-a açıqlamasında bu mövzuya münasibətini bildirib. Onun sözlərinə görə, yetkinlik yaşına çatmayan uşaqların törətdiyi əmələ görə məsuliyyəti valideyn daşıyır.

 

 

"Konstitusiyada qeyd olunur ki,uşaqları tərbiyə etmək valideynlərin hüquqi vəzifəsidir. Cinayət məcəlləsinə istinad etsək, yetkinlik yaşına çatmayan,18 yaşı  olmayan uşaqların törətdiyi əmələ, vurduğu zərərə görə məsuliyyəti valideyn daşıyır.


Uşaq hüquqları  haqqında qanunda heç bir qayda əlavə edilmədiyinə görə hələki biz heç  bir şey edə bilmərik. Çünki qanuni şəkildə qüvvəyə minmiş hər hansı bir qərar yoxdur".

 

Esmira Rzayeva  sosial şəbəkələrdə yayılan 11-ci sinif şağirdinin 9-cu sinif şagirdinə qarsı etdiyi əməldən danışıb.

O qeyd edir ki, bu, 11-ci sinif şagirdinin özünə birbaşa  məsulliyyət yaradır.

 

"Cinayət məcəlləsində qeyd olunur ki, anlaqlı və 16 yaşı tamam olmuş hər bir şəxs cinayət məsuliyyəti daşıya bilər və həmin hərəkətdə xuliqanlıq tərkibi təsbit edildiyinə görə həmin qız  əməlinə görə məsuliyyətə cəlb ediləcək".

 

Fəridə Əsədzadə