Qohum evlilikləri hansı fəsadlara yol açır? -Psixoloq açıqladı
Bölmə: Sosial › ,Tarix: 22:00 20.02.2024
Günümüzdə qohum evlilikləri hələ də davam edir. Qohum evliliklərdən törəyən bir çox xəstəliklərin yarandığını da çoxumuz bilirik. Qohum evlilikləri ailə böyükləri arasındakı bağları qorumaq, qohumların evlilik və sosial baxışları cəhətindən eyni olması səbəblərindən qurulur. Həmçinin, çox zaman valideynlər qohum evliliklərinin qurulması üçün övladlarına qarşı zorakılıq və psixoloji təzyiq göstərirlər. Bəs qohum evlilikləri hansı fəsadlara yol açır? Ailə və uşaq psixoterapevti Aynur İsmayılova mövzu ilə bağlı İnformator.az ilə fikirlərini bölüşüb.
Aynur İsmayılovanın fikirlərinə görə, qohum evliliyi bəzən məqsədə uyğun şəkildə irəliləmir.
"Azərbaycan xalqı çox zaman qohum evliliyinə daha çox üstünlük verirlər. Bu evliliklər zamanı genetik xəstəliyi və fiziki qüsuru olan uşaqlar dünyaya gəlir. Təbii ki, bu evliliklərdən doğulan uşaqlarda mütləq şəkildə qüsur olur. Həmçinin, bunu tədqiqatlarda sübut edir. Bəzi hallarda qohum kimi bir-birilərini tanıyan gənclər sevərək yaxud ailələrinin məsləhəti ilə evlənirlər".
Psixoloq qeyd edir ki, bir-birilərinə yad olan adamlar qohum evliliklərinə nisbətən daha yaxşı münasibət qururlar.
"Ancaq qohum evliliklərində isə cütlüklər arasında maraqlar itdiyi zaman ailələr arasında da münaqişələr baş verə bilir. Cütlüklər və ailələr bir-birilərini tanısalar da, anlaşılmazlıqlar yarana bilir. Qohum evliliklərində evlənən gənclər özlərinin emosional tərəflərini bildikləri halda, bir müddət sonra cütlüklər arasında soyuq münasibət yaranmağa başlayır".
Fatimə Mustafayeva