Ağstafada ana övladına daşla xəsarət yetirib-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 22:54 20.02.2024

Ağstafada ana övladının başına daşla xəsarət yetirib. Başından zədə alan azyaşlı xəstəxanaya yerləşdirilib.

 

Uşağa zəruri tibbi xidmətlər göstərilib, tetanus əleyhinə zərdab vurulub.

 

"İnformator.az" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

 

Məlumatda bildirilib ki, uşaq hazırda Ağstafa RMX-nın Təcili yardım şöbəsində həkim nəzarətindədir.


Psixoloq Aynur İsmayılova  "İmformator.az" a açıqlamasında valideynin övladına şiddət göstərməsi, belə davranan valideynlərin psixoloji vəziyyəti barədə danışıb.

Psixoloq deyir ki, şiddətə əl atmanın özü yaşından asılı olmayaraq həmin insanın psixoloji travmasının olduğunu göstəricisidir.

 

 

"Ana bunu övladına etdiyi halda, o, şiddətəmeyilli psixopat şəxsiyyət pozğunluğu yaşaya bilər və bu cür pozğunluq özünü cəmiyyətdə sakit, özünə qapalı şəxsiyyət pozuntusu kimi göstərir və eyni zamanda, həmin şəxs o an özündə olmadığı üçün ən yaxın adama belə zərər verəcək vəziyyətdə ola bilər.
Övladına şiddət tətbiq etmək öz uşaqlıq şiddəti ilə də əlaqəli olan valideynlər var və bunu normal hesab edirlər. " Şiddəti ona görə edirəm ki, uşağım tərbiyə alsın" prinsipi ilə yanaşırlar ki,  bu, mentalitətimizin düşüncəsində artıq normallaşmış hall alıb".

 

Psixoloq vurğulayır ki, valideyn olmaq istəyən insanlar mütləq şəkildə psixoloqlardan təlim və seanslar almalıdırlar.

 

"Çünki gələcəkdə övlad ilə normal davranış qaydasını bilsin ki, normal övladlar yetişdirə bilsin və yeniyetməlikdə uşaqları üçün problem yaratmasın".

 

Çimnaz Məmmədova