Yalnızlıq, yoxsa insanlıq? Səssizlik ya da aqressivlik? -Aydan Qasımova yazır...
Bölmə: Maraqlı › ,Tarix: 17:56 21.02.2024
Çox zaman bu suallar anlamsız gəlir insana. "Niyə də hər ikisi olmasın ki",-deyirik öz-özümüzə? İnsan deyilən varlıq çox güclü deyilmi, niyə bir çox şeyə eyni anda sahib olmayaq ki?
Lakin bunu da nəzərə almalıyıq ki, bir çox şeyə eyni anda sahib ola da bilərik, sahib olduğumuzu sana da bilərik.
Öncəliklə, hər ikisi, 2. olaraq isə, heç biri.
Həm yalnızlıq, həm də insanlıq. Onsuz da, hazırda, həqiqətən, insan olanda çox zaman yorğunluqdan güc toplamaq üçün səssizləşirsən. Lakin bu hər zaman səssizliyini qorumalı olduğun demək deyil. İnsan savaşmalıdır, lakin hədəfini seçərkən məntiqli düşünməlidir. Nəyi istədiyini bilib ona görə hərəkət etməlidir. Müharibələrdə "qazanc" insan ölümü bahasına ərsəyə gəlir ki, bu "qazanclar" üçün belə insanların məqsədi və strategiyaları olur.
Qaranlığa düşmək çox asandır, bir neçə saniyəni alır adətən. İşıqlığı isə sən gücün əsasında yaradıb xarici faktorlarla gücləndirirsən.
Bu yol boyu çox əsəbləşir, çox qəzəblənirsən. Böyük ehtimalla, daha sonra nə etdiyini sorğulayırsan. Bu zaman səssizləşirsən, çünki beynindəki fırtınalara söz keçirmək çox çətindir... Onlar çox güclüdür nə də olsa, çox ehtiyatlıdır. Lakin sənin bir yerdə onlara ehtiyacın ola bilər. Qərəzli düşüncələr yalnız problem deyil, öz növbəsində ideyaları gətirir. Fikir vermisinizsə, ən gözəl film, serial, yaxud digər işlərdə ssenaridəki insanın dərdi, problemi, düşüncəli beyni olur. Bu da öz növbəsində, o insanın beynində ideyaların yaranması ilə nəticələnir və o insan doğru addımları atırsa, sonda qalibiyyəti yaşayır.
Lakin bu yolda insanların etdiyi ən böyük səhv aqressivliyi və bu kimi duyğuları güc sanmalarıdır. Nə zamandan bəri insanlara deyil, özümüzə yadlaşmağa başladıq? Nə zamandan bəri özdəyəri eqo sanıb insanlara acı çəkdirməyə başladıq? Nə zamandan bəri insanlığı unudub xatırlamamağın əsl dəyər olduğunu düşünməyi güc bildik?
Sizcə, heyvanlar nəyə görə insanlardan daha çox empatiyaya sahibdir hazırda? İnsanlıqlarına görə...
Aydan Qasımova