Fil xəstəliyi nədir?
Bölmə: Maraqlı › ,Tarix: 18:18 21.02.2024
Tibbi dildə limfedema adlanan fil xəstəliyi nadir xəstəlik növlərindən biridir. Limfa sistemində struktur qüsuru nəticəsində yaranan fil xəstəliyi, limfa mayesinin miqdarının artması nəticəsində dəri altında və toxuma boşluqlarında toplanaraq artır. Buna görə də, qollarda, ayaqlarda və ya gövdədə şişkinlik meydana gəlir.
Fil xəstəliyinin əlamətləri hansılardır?
Limfedemanın əsas simptomları ağrı və diskomfort, bədəndə ağırlıq və sıxılma hissi, hərəkətliliyin məhdudlaşdırılması, dəridə gərginlik və sərtlik, əllərdə və ayaqlarda dolğunluq hissi, şişlik və iltihab və dərinin qalınlaşmasıdır.
Fil xəstəliyinin müalicəsi necə olur?
Gigiyena limfedemanın müalicəsində ən vacib amildir. Gigiyena ilə yanaşı, ilk mərhələdə həkimlər tərəfindən müxtəlif idman və məşqlər tövsiyə olunur. Bu məşqlərin müntəzəm tətbiqi nəticəsində bədən əvvəlki vəziyyətinə qayıda bilər. Bundan əlavə, bu məşqlər sayəsində əzələlər daha çox hərəkət edir və təzyiq azalır.
Fil xəstəliyində tətbiq olunan başqa bir müalicə üsulu da cərrahiyyədir. Artıq dəri cərrahi müdaxilə ilə çıxarılır. Dərman müalicəsi və fizioterapiya kimi tətbiqlərlə də müalicəyə dəstək verilir.
Fil xəstələri necə qidalanmalıdır?
Fil xəstələri ilk olaraq gündə ən az 10 stəkan su içməlidirlər. Daha sonra çay, qəhvə, spirt, şokolad kimi tərkibində kofein olan qida və içkilərdən uzaq durmalıdırlar.
Fil xəstəliyi müalicə edilməzsə, nə olar?
Fil xəstəliyi müalicə edilməzsə, şiddətini artırar və daha ciddi problemlərə səbəb ola bilər. İnfeksiya və xərçəngə səbəb ola bilən limfedema ən qısa zamanda müalicə olunmalıdır.
Fil xəstəliyinə hansı bitki yaxşı təsir edir?
Fil xəstəliyinə yaxşı təsir edən bitkilər arasında ən çox üstünlük veriləni zəncəfildir. Zəncəfil fil xəstəliyinin əlamətləri olan şişlik və iltihabı bir xeyli azaldır. Zədələnmiş limfa düyünlərini sağaldan zəncəfil, zamanla onların yenidən fəaliyyət göstərməsinə şərait yaradır.
İlhamə Nurəhmədova