"W" şəklində oturuş tərzinin fəsadları-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 21:03 21.02.2024

Uşağınızın oturma şəkli bir çox ortopedik problemlərdən xəbər verə bilir. Bəzi uşaqlar "W" şəklində oturmağı özləri üçün rahat oturuş tərzi olaraq görürlər. Həm körpələrdə, həm də böyük uşaqlarda görülə bilən "W" oturma forması diqqəti dərhal özünə çəkir. Bəs "W" şəklində oturmağın zərərləri nələrdir? 

 

Mövzu ilə əlaqədar "informator.az"a açıqlama verən Pediatr-neonatolog Bahar Cəbrayılova bildirib ki, valideynlər mütləq uşaqlarının oturuş tərzinə diqqət etməlidirlər:

 

"Uşaqlarda rast gəlinən "W" oturuş forması uşaqların ayaqlarını dizdən bükərək, yanlara doğru qatlayıb oturmasına deyilir. Bu çox problemli oturuş formasıdır, çünki inkişaf edən bud-çanaq oynağı, dizlər bu cür oturuş zamanı inkişafını fərqli şəkildə qurur və bud-çanaq oynağında deformasiyalara səbəb olur, "W" formasında oturan uşaq yeriyəndə dizləri içəriyə doğru, bir-birinə baxır. Bundan əlavə "W" şəklində oturuş onurğanın formasının dəyişməsinə, onun düzgün inkişafının pozulmasına səbəb bilər. Eyni zamanda, həmin oturma tərzi ayaq tabanında yastıpəncəlik formalaşdıra bilər. "W" şəklində oturuş tərzi bu və bu kimi digər problemlərə səbəb ola bilər. Ona görə də valideynlərə diqqətli olmalarını məsləhət bilirik".

 

 

Aydan İsayeva