Qaraciyərin yağlanmasına işarə edən əlamətlər
Bölmə: Maraqlı › ,Tarix: 23:47 21.02.2024
İlksoy İkibiroğlu bu barədə mühüm məlumatları qeyd edərək,yorğunluq, ürəkbulanma, iştahsızlıq, kilo itkisi, qarın ağrısı, çaşqınlıq və diqqətsizlik kimi problemlərin qaraciyər yağlanmasına işarə ola biləcəyini vurğuladı.
Qaraciyər hüceyrələrində yağ yığılması səbəbiylə meydana gələn "qaraciyər yağlanması" yaratdığı təsirlərlə ciddi sağlamlıq problemlərinə yol aça bilər. Dr.İlksoy İkibiroğlu, piylənmə, insulin müqaviməti, hərəkətsizlik və düzgün qidalanmama kimi faktorların səbəb ola biləcəyi qaraciyər yağlanması ilə bağlı əhəmiyyətli xəbərdarlıqlar edərək, qaraciyərin qəbul edilən bütün qidaları idarə etdiyini, zərərli maddələri ayırdığını, qanla qarışmasının qarşısını aldığını və onların xaric olmasını təmin etdiyini bildirdi. İlksoy İkibiroğlu, “Qaraciyər insanın ümumi sağlamlıq vəziyyətini qoruyur. Sağlam qaraciyər həyat keyfiyyətini yaxşılaşdırır. "Qaraciyər yağlanması" xəstəliyi, qaraciyər sağlamlığı üçün risk yaradan xəstəliklərdən biridir" dedi.
İlksoy İkibiroğlu, davamlı halsızlıq və yorğunluğun əhəmiyyətli əlamətlər olduğunu vurğuladı. Qaraciyər yağlanmasına işarə edən bu əsas simptomlara əlavə olaraq; "Ağız qoxusu və bədən qoxusu, şişkinlik, hemoroid, bədən istiliyinin artması, gözlərdə və ovuclarda qızartı, dəridə qaşınma və səpgilər kimi simptomlar da qaraciyər yağlanmasını ağla gətirməlidir" dedi. Dr. İkibiroğlu, müalicə proseslərinin piylənmə səbəblərinə görə insandan insana dəyişə biləcəyini və bu səbəblərin ancaq daxili xəstəliklər mütəxəssisinin müayinə və müayinədən sonra müəyyən edilə biləcəyini söylədi.
Aytac Kərimova
Mənbə:CNNTürk