İdarə edilə bilən qəzəb faydalıdır
Bölmə: Maraqlı › ,Tarix: 23:50 21.02.2024
Qəzəb həyatın plan üzrə getmədiyi, ədalətsiz rəftara məruz qaldığımız vəziyyətlərdə baş verən sağlam, universal və təbii emosional reaksiyadır.
Mütəxəssis Klinik Psixoloq Solin Çekin sağlam şəkildə ifadə olunmağa çalışılan qəzəbin faydalı ola biləcəyini ifadə edərək hirs və hirslə mübarizə mövzusunda tövsiyələrini paylaşıb.
Qəzəbinizi idarə etmək üçün istifadə edə biləcəyiniz üsullar:
1. Təhrikedici məqamları müəyyən etmək və onlarla üzləşməyi bacarmaq lazımdır.
2. Duyğuları daha aydın tanımaq və xəbərdar olmaq. Beləliklə, gözləntilərimiz və yerinə yetirilməmiş istəklərimiz haqqında nə hiss etdiyimizi daha yaxşı bildiyimiz üçün daha sağlam bir ünsiyyət qura bilərik.
3. Qəzəbin ABC-lərini bilmək. Qəzəbə səbəblərinə davranışlara və nəticələrə qarşı "dur, düşün və hərəkət et" modelinin tətbiqi nəzarəti asanlaşdıracaq
Bizi təhrik edən və ya qəzəbləndirən hadisələrdən özümüzü uzaq tutmağa çalışmaq kimi üsullar inkişaf təmin edə bilər. Bütün bunlara baxmayaraq, insan bəzi dəyişikliklərə məruz qala bilmirsə və fiziki zorakılıq, qışqırma, ətrafı dağıtma kimi hərəkətlərlə zamanla qəzəbi üzə çıxırsa, psixoloq və ya psixiatr dəstəyinə ehtiyacı var.
Çimnaz Məmmədova