Uşaqlıq travmalarının törətdiyi fəsadlar-Ekspert RƏYİ
Bölmə: Sosial › ,Tarix: 10:01 22.02.2024
Uşaqlıq travması, uşaqlıq dövründə güclü stress, çətin hadisələr nəticəsində baş verən psixoloji vəziyyətdir. Uşaqlıqda travma yaşamış fərdin isə gələcəkdə üzləşdiyi problemlər var. Bunlara akademik, münasibət, davranış problemləri aiddir. Bəs bu travmalar gələcəkdə nələrə təsir edə bilər?
Mövzu ilə əlaqədar uşaq psixoloqu Zeynəb Əyyubova "informator.az"a açıqlamasında bildirib ki, uşaqlıqda travma yaşamış fərd, gələcəkdə bır sıra problemlərlə qarşılaşa bilər:
"Necə ki bəzən insan ayağı sürüşüb ölə bilir, səkkizinci mərtəbədən yerə yıxılır və ölmür, hər bir uşaq üçün də yaşadığı və doğulduğu evdə aldığı travmalar fərqli təsir edir. Bəzi uşaqlar da var ki, onlara travma təsir etmir, əksinə onların daha yaxşı şəxsiyyət olmasına gətirib çıxarır. Bu da göstərir ki, uşaqdan uşağa fərq var. Travmalara daha çox evlilik, fədakarlıq, özünü istismar etmə kimi hallarda rast gəlinir".
Psixoloqun sözlərinə görə, travmalar uşaqların fiziki və əqli inkişafına təsir etmir, onların həyata baxışına, düşüncəsinə təsir edir. Buna görə də onların həyatda hədəfləri və motivasiyaları olmur.
Lamiyə Cənnətzadə