Ödənişli yollarla bağlı tətbiq birmənalı qarşılanmayıb -Ekspertdən AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 13:54 22.02.2024

Pullu avtomobil yollarından istifadə proseduru müəyyənləşib. Artıq gediş haqqının alındığı yol sahəsinin başlaması haqqında yol nişanları quraşdırılacaq.

 

Məsələ ilə bağlı "İnformator.az" a açıqlamasında Aslan Əsədov bildirib ki, yollarda hərəkət edən zaman sürət həddinin müəyyən edilməməsi, bu kimi halları müəyyən dərəcədə gündəm mövzusu edirdi:

 

"Əgər yolda sürət ölçən cihaz olmasa, avtomatik olaraq bu hədd 90 km /saat hesablanmalıdır. Həmçinin bu tətbiqi insanlar birmənalı qarşılamayıb. Çox təəssüflər olsun ki, müəyyən insanların bunu çəkib sosial şəbəkədə paylaşması, habelə bu tətbiqlə bağlı arzuolunmaz şərhlərin yazılması qəbulolunmazdır. Eyni zamanda bu prosedurun tətbiq olunmaması bir çox qəzalara yol aça bilər".

 

 

İlahə Həsənova