"Daltoniklər həddindən artıq işıqlı yerlərdə özlərini narahat hiss edə bilirlər"-Həkimdən açıqlama

Bölmə: Sosial › ,
Tarix: 14:29 22.02.2024

Müasir dövrün özü ilə gətirdiyi bir çox xəstəliklər arasında göz xəstəlikləri geniş yayılıb. Bu xəstəliklərdən biri də rəng korluğu, elmi adı ilə daltonizmdir. 

 

Daltonizmlə bağlı oftalmoloq Elnarə Məmmədova informator.az-a açıqlama verib.

 

Həkim açıqlamasında bildirir ki, daltonizmdən əziyyət çəkənlər üçün yetişmiş meyvələrin, paltarların seçimi və işıqforun siqnallarını ayırd etmək kimi asan işlər çətin ola bilər. 

 

"Buna baxmayaraq, daltoniklərin problemləri, adətən, böyük deyil və insanların əksəriyyəti hesab edir ki, onlar adaptasiya oluna bilərlər". 

 

Müsahib deyir ki, tam rəng korluğu(axromotopsiya) olan insanlarda görmə kəskinliyinin azalması ola bilər və həddindən artıq işıqlı yerlərdə özlərini narahat hiss edə bilirlər.

 

Elnarə Məmmədova vurğulayır ki, kişilər qadınlara nisbətən bu xəstəlikdən daha çox əziyyət çəkirlər:

 

"Çünki daltonizmin yayılmış formalarından cavabdeh olan genlər X-xromosonunda yerləşirlər. Qadınlarda iki X-xromosomu olduğundan birində qüsur olanda digəri tərəfindən kompensasiya olunur, kişilərdə isə yalnız bir X-xromosomu var.

 

Həkim qeyd edir ki, daltonizm genetik xəstəlikdir, bu səbəbdən qohum nigahları məsləhət görülmür. 

 

Məryəm Abdullazadə