Hava dəyişikliyi zamanı yaranan oynaq ağrılarının səbəbləri-Fizioterapevt açıqladı
Bölmə: Sosial › ,Tarix: 20:23 22.02.2024
Hava bir az soyuduqda yaxud yağış yağmazdan öncə çox insanlar sümüklərinin, oynaqlarının sızıldayıb, ağrımasından şikayətlənir. Bəs havanın dəyişməsi ilə yaranan oynaq ağrılarına nə səbəb ola bilər? Hansı simptomlar oynaq ağrılarından xəbər verir? Bu ağrıların qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
Mövzu ilə əlaqədar Uzman Fizioterapevt Əziz Dəvrişov İnformator.az-a açıqlama verib.
" Revmatizm və digər oynaq problemləri olan, hətta hər-hansı sümüyündə sınığı olan xəstələrə hava dəyişikliyi, xüsusilə də, təyziq və basınc dəyişiklikləri mənfi təsir edir, həmin xəstələrin oynaqlarında, sümüklərində sızıltı və ağrılar yaranır. Buna səbəb zədələnmə nəticəsində həmin nahiyədəki sinir uclarının həssasiyyətinin artmasıdır".
Fizioterapevt Əziz Dəvrişov soyuq havalarda yaranan oynaq ağrılarının qarşısını almaq üçün ağrı olan nayihəni isti tutmağı məsləhət görür.
" Hava dəyişikliyində , xüsusilə, revmatoloji xəstəliyi olan insanların diz hissəsində yanma, batma hissi tərzində ağrılar ola və həmin ağrılar olduğu yerdən aşağılara doğru yayıla bilər. Ağrı olan nahiyədə qızarıqlar və şişlər görmək mümkündür.
Havalar dəyişdiyi zaman yaranan ağrıların qarşını almaq üçün mütləq şəkildə soyuqdan qorumaq lazımdır .Soyuqdan qorunmadığınız zaman həmin ağrılarda şiddətlənmə ola bilər. Əgər isti saxladığınız təqdirdə yenə də ağrılar davam edirsə, mütləq şəkildə müalicəvi idman hərəkətlərinə və fizioterapiyaya üz tutmaq lazımdır".
Aydan İsayeva