Vəba müalicəsinin yolları nələrdir? -İnfeksionist AÇIQLADI

Bölmə: Sosial › ,
Tarix: 20:25 22.02.2024

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adanhom Qebreyesus dünyaya çağırış edib.


Cenevrədə keçirilən brifinqdə vəba  infeksiyasının vaksin çatışmazlığı fonunda yayıldığını qeyd edib.

Qebreyesus bildirib ki,  vəba epidemiyaları ən çox Haiti, Zambiya, Zimbabve, Sudan və Efiopiya ərazilərində yayılıb.


Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ötən il dünyanın 30 ölkəsində 708 mindən çox vəba xəstəliyi qeydə alınıb, 4300 nəfər ölüb.

 

 

Epidemiyanın dünya ölkələrinə yayılma ehtimalı nə qədərdir ?

 

Yayılmanın qarşısını almaq üçün hansı tədbirlər görülməlidir ?

 

İnfeksionist Sadiqə Əliyeva  "İnformator.az"a açıqlamasında suallarımızı cavablayıb. İnfeksionist nəzərə çatdırıb ki, vaxtında tədbir görülsə, müalicəsi asan aparılan  xəstəlikdir.

 

"Vəbanı vəba vibrionu törədir və nazik bağırsaqda xəstəlik yaradan bakterial xəstəlikdir. Bu xəstəlik zamanı xəstələrdə həddindən artıq güclü ishalın, qusmanın olması xəstələri narahat edir. Güclü ishal nəticəsində bədən susuzlaşır, çoxlu maye itirir, hətta ölümə qədər də gətirib çıxara bilir".

 

Sadiqə Əliyeva bildirib ki, vəbanın çox asan müalicəsi var.

 

"Sadəcə orqanizmin həddən artıq susuzlaşmasına imkan vermək lazım deyil. Vaxtında tədbir görülsə, müalicəsi çox asanlıqla aparıla bilən xəstəlikdir. Yayılmasına səbəb isə xəstə insanların kanalizasiya sistemlərinin içməli suya çıxışının olması və insanların həmin sulardan istifadə etməsidir".

 

 

Azər Abuşov