Genlərin düşüncə və davranışa təsiri

Bölmə: Sosial › ,
Tarix: 21:49 22.02.2024

Genetik xəstəliklər, bədəndəki genlərin, genetik materialın xəstəliklərin inkişafına səbəb olur. Bu xəstəliklər genlərin abnormal funksiyonundan və ya strukturundan irəli gəlir.

 

Mövzu ilə bağlı psixoloq Aygün Cəfərova "informator.az"a məlumat verib. O bildirib ki, hər bir insan fərd olaraq doğulur, şəxsiyyət olaraq da formalaşır:

 

 

 

"Bu vaxtından, məkanından, irqindən asılı olmayaraq belə də davam edir. Bir fərdin formalaşmasında mütləq olaraq genetikanın 25% rolu olur. Bu fiziki görünüşdə və xarakterikada öz rolunu oynayır və bu danılmaz bir fakdır. 25% isə ailə üzvləridir. Onlardan rol modellər götürür həmin o formalaşmağda olan şəxsiyyət və bu onun davranışına, düşüncələrinə, xarakterinə, təfəkkürünün formalaşmasına təsir edir. Bəzən olur ki, bir ailədə 2-3 uşağ olur və baxırsan ki, eyni ailədir, genetikadır, amma fərqli xarakterlə formalaşan fərdlər, uşaqlarda görürük. Bu da artıq həmin insanın informasiyanı alması, təfəkkürü ilə ortaya çıxır".

 

Sözügedən mövzu ilə bağlı psixoloq Aynur İsmayılova qeyd edib ki, genetik xəstəliklər olaraq artıq tibbdə sübut var ki, bəzi xəstəliklər genetik olaraq nəsildən-nəsilə ötürülür, eyni zamanda, bəzən ruhi xəstəliklər də sayıla bilir:

 

 

"Əvvəl autizm ruhlu xəstəlik kimi bilib müalicəsiz bir xəstəlik kimi hesab edirdilər. Ona görə də bunu genetik xəstəlik kimi deyil, bir sindrom kimi müalicə edirlər. O zaman ki, insanların yaddında deyil ki, nəsildə belə xəstəliyi olan insan olub. Bəzən genetik olmaya da bilir, məsələn bir ailədə qız və ya oğul psixopat, narsist, şəxsiyyət pozuntulu şəxslə evlənibsə, ananın-atanın tərbiyəsi ilə böyübsə, bu uşağda da mütləq şəkildə bir pozuntu üzə çıxır.

 

Bəzən olur ki, el arasında deyilir ki, bu nəsil oxuyan nəsildir, amma biz həmin soyadı daşıyanların gərqinə varırıq ki, onların intellekt səviyyəsi yuxarı olur. Və yaxud bəzən də deyillir ki, bu nəsilin hamısı qısqanc idi. Qısaqanclıq paranomiya pozuntusu ola bilir. Belə insan həqiqi olmayan, yanlış və həddsiz dərəcədə şübhələnmə düşüncələrinə sahib olur.

 

Artıq insanlar bu kimi problemləri mütəxəsisslərdən müalicə alaraq və ətraf mühitin təsiri nəticəsində də genetik faktorların qarşısını alırlar. Artıq insanlar ətraf mühitin, cəmiyyətin təsiri nəticəsində də özü üzərində müalicə edə bilirlər".

 

İlhamə Nurəhmədova