“Uşaqda mütaliəyə maraq ailədən başlayır”

Bölmə: Sosial › ,
Tarix: 16:52 23.02.2024

Müasir uşaqlarda mütaliəyə maraq doğurmaq, ədəbiyyata sevgi yaratmaq üçün nələr edilməlidir? Bu mövzuda uşaq ədəbiyyatı üzrə yazıçı Zahid Xəlilov ilə həmsöhbət olduq. 

 

Zahid Xəlilov deyir ki, uşaqda mütaliəyə maraq ailədən başlayır.

 

"Uşağın gözünün qarşısında, yəni ailədə mütaliə edən varsa, həmin uşağa kitabı təbliğ etmək lazım deyil. Ümumiyyətlə, təbliğatı, nəyəsə təhrik etməyi uşaqlar sevmir”.

 

Yazıçı həmçinin qeyd edir ki, məktəbdə dispudlar keçirmək lazımdır.

 

“Mövzular üzrə problemi elə qoymaq lazımdır ki, uşağı düşünməyə vadar etsin. Suala cavab verəcək əsəri qeyd etmək lazımdır ki, uşaq həmin kitabı axtarsın. Nəşriyyatlar pul qazanmaq xatirinə hər kitabı çap etməsin. Mən dünən Dünya məktəbində görüşdə oldum. Uşaqların verdiyi suallardan başa düşdüm ki, onlar kitabı sevir və qiymətləndirə bilirlər. Görünür, müəllimlərin də bu sahədə rolu böyükdür”. 

 

Zahid bəyin fikrincə, bağca yaşlı uşaqları başqa yerlərlə yanaşı, kitab mağazalarına da ekskursiyaya aparmaq faydalı olar.

 

Sayad Qoşnalıyeva