"Vaxtında başa düşmək lazımdır ki"...-Nəqliyyat ekspertindən ETİRAZ

Bölmə: Sosial › ,
Tarix: 18:35 23.02.2024

Sürət həddini aşmaq sürücülərə ciddi risklər yaradır və cəmiyyət üçün təhlükəli ola bilir. Eyni zamanda ödənişli yollarda sürətin olmamasından istifadə edib yüksək sürətlə avtomobil idarə edənlər var.

 

Məsələ ilə bağlı "informator.az"a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, Azərbaycanda ümumi yol nəqliyyat hadisələrinin təhlili göstərir ki, əsas problem sürət həddinin çox olmasıdır:

 

"Sürət həddini aşma hadisələri ilə bağlı statistik məlumatlar onu deyir ki, qaydalara əməl edən sürücülər azdır. Bəzi insanlar düşünür ki, pulumu vermişəm, burda istədiyim sürətdə maşını sürə bilərəm. Bu yanlış fikirdir, insanlar bu düşüncədə olmamalıdır. Aptekdə zəhərdə pulla satılır,o zaman gedib alıb içib ölməliyik?!

 

Sürət az olduqda qəza riskləri də azalır. Ancaq təəssüf ki, sürət həddinə riayət edənlər azdır. Buna inanmayanlar da var, bir çoxları qəzaya düşəndən sonra bunu başa düşürlər. Onda da gec olur. Vaxtında başa düşmək lazımdır ki, sürət yolda təhlükədir".

 

İlhamə Nurəhmədova