Darçın şəkər xəstələrinə necə təsir edir?-Ekspertdən açıqlama
Bölmə: Sosial › ,Tarix: 19:27 23.02.2024
Göbələk , bakteriya və virusların səbəb olduğu xəstəliklərə qarşı bədən müqavimətini artıran darçın orta əsrlərdə dərman olaraq istifadə edilib .
Darçın immunitet sistemini gücləndirir, əzələ ağrılarının müalicəsində istifadə olunur.
Bəs darçın şəkər xəstələrinə necə təsir edir?
"Şəkər xəstəsi olanlar, pəhrizi, sağlam qidalanmanı pozanla, zərərli vərdişlərdən əl çəkməyən insanlar müəyyən dərmanlardan asılı qalırlar".
Bu fikirləri qida eksperti Ağa Salamov informator.az-a verdiyi açıqlamasında bildirib. Ekspert bildirib ki , belə olan halda darçın onlara kömək etmir.
"Darçının diabet xəstələrinin qanında şəkərin miqdarını azaltması görülür. Bu da ən çox acqarına biraz suya qarışdırılıb içilir. Həmin darçınlı suyun nəticəsində 30 % qanda şəkərin miqdarını azalda bilir. Bu o demək deyil ki , şəkər xəstələrinin dərmanı darçındır. Sadəcə müəyyən faydaları var".
Ekspert sağlam qidalanmanın vacibliyindən də danışıb:
"Darçın şəkər xəstələrinə və şəkər xəstəsi olmayan insanlara faydalı ola bilər. Amma yetər ki, insanlar sağlam qidalanmalarına diqqət etsinlər. Boş karbohidratlardan, zərərli vərdişlərdən "fast food"lardan uzaq dursunlar ki, şəkər xəstəsi olmasınlar".
Həmçinin ekspert bildirib ki , darçının ziyanı yoxdur, faydası var.
"Darçın verilən bütün xəstələrdə acqarına qan şəkəri 236-dan 175 mq/dl-ə, orta hesabla 29% azalıb. Trigliserid səviyyələrində 23-30%, LDL xolesterində 7-27% azalma müşahidə olunub. Ümumi xolesterolda 12-26% azalma müşahidə edilib".
Lalə Qafarova