Elektronlaşan dünya sistemində çap mətbuatının taleyi necə olacaq?

Bölmə: Sosial › ,
Tarix: 19:48 23.02.2024

Məlumdur ki, qəzetlərin oxucu auditoriyası, bazarlama imkanları daralıb. Bu proses hər ötən gün daha da sürətlənir. Hətta təkliflər var ki, qəzetlər onlayn versiyaya keçsinlər, keçməlidirlər. Ən önəmli sual isə budur ki, elektronlaşan dünya sistemində çap mətbuatının taleyi necə olacaq?

 

Bu haqda media eksperti Arif Əliyev informator.az-a açıqlama verib.

 

"Qəzetlərin onlayn formata keçməsi labüddür. Çünki bütövlükdə yayım platformaları və texnologiyaları dəyişib". 

 

Ekspert qeyd edir ki, amma bu, professional mediada ənənəvi qəzetlərin, daha doğrusu, onların auditoriyaya ilə ənənəvi ünsiyyət formalarının ölməsi anlamına gəlmir. 

 

"Professional aləmdə bu formalar yanaşı mövcudluğunu davam etdirirlər. Onlayn platforma sürət və əhatə deməkdirsə, əvvəlki kimi çap formasının saxlanması prestij, nüfuzun qorunması, elit oxucu təbəqə ilə əlaqənin saxlanması deməkdir".

 

 

Gülay Qəribova