Nikahların pozulmasının əsas səbəbləri-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 22:45 23.02.2024

Dövlət Statistika Komitəsi bildirib ki, son illərdə ölkəmizdə boşanmaların sayı artıb. Ədliyyə Nazirliyinin şəhər, rayon qeydiyyat şöbələri  15065 nikah və 6920 boşanma halları qeydə alıb. Cari illə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,6-dan 4,5-ə düşüb. Boşanmaların sayı isə 1,5-dən 2,1 qədər artıb.

 

Günümüzdə nikahların pozulmasının başlıca səbəbləri nələrdir ?

Boşanmaların göstəricisinin aşağı olması üçün hansı tədbirlər görülməlidir ?

Boşanmalar zamanı qəyyumluğa götürülən uşaqların sonrakı taleyi necə olur?

 

Bu məsələylə bağlı "İnformator.az"a açıqlama edən sosioloq Lalə Mehralı qeyd edir ki, hər ailə individual olduğu üçün boşanma səbəbləri də individualdır:

 

"Əgər desək ki, nikahların pozulmasının bir və ya iki səbəbi var, reallıqdan kənar bir şərh olar. Hər ailə individual olduğuna görə boşanma səbəbləri də individualdır. Ona görə konkret olaraq bir səbəb deyə bilmərik. Boşanma səbəbləri arasında liderlik edən səbəbləri sıralamaq olar. Sosial vəziyyət, mədəni əlaqələrin doğru qurulmaması, ailələrin müdaxiləsi, təsir altına düşmək, güzəşt etməmək, empatiya qurmamaq ön sıralarda yer alan səbəblərdəndir. Sadəcə analiz  etmək lazım gələndə biz görürük ki, hər ailə üçün fərqli görünən səbəbləri ümumiləşdirəndə bir neçə səbəbin ətrafında toplanır. Bunlar da ən çox boşanma səbəbləri arasında liderlik edən səbəblərdir".

 

Lalə Mehralı bildirir ki, boşanma statistikasının azalması yalnız bu istiqamətdə dövlətin atacağı ciddi addımlarla mümkündür.

 

"Çünki qeyri-hökümət təşkilatları, ictimai birliklər, sosial işçilər eyni zamanda jurnalistlər nə qədər bu barədə yazsaq, narahatlığımızı ifadə etsək də, ciddi tədbir görmək səlahiyyətimiz yoxdur.
Biz sadəcə, araşdırır, tapır və ortaya səbəb qoyuruq. Bu səbəblər əsasında ictimai birliklər, aidiyyatı qurumlar tədbirlər görməldir. Çox əminliklə deyə bilərik ki, ölkəmizdə qəyyumluğ prosesi çox yaxşı irəliləyir. Çünki dövlət mütəmadi nəzarət edir. Bu sistemdə uşaqlarlın himayəyə verilməməsindən əvvəl əlaqədər orqanlar himayəyə götürəni ciddi şəkildə araşdırır. Bu sistemdə bürokratiya olduğunu desələr də, bu yalnış düşüncədir. Çünki hər istəyən uşaq götürsə idi o uşaqlara nəzarət də olduqca zəifləyərdi. Kriteriyaların olması, ciddi formada nəzarət edilməsi uşaqların təhlükəsizliyi və gələcək həyatı baxımından ciddi işdir".

 

 

Azər Abuşov