Musiqinin insan psixologiyasına təsirləri
Bölmə: Sosial › ,Tarix: 15:42 26.02.2024
Musiqi insanın ruhunu oxşayan vasitə olsa da, bəzən mənfi bəzən də müsbət təsir göstərir. Bu, musiqinin növündən də asılı ola bilir.
Bəs musiqinin insan psixologiyasına hansı təsirləri var?
Mövzu ilə bağlı "informator.az"a açıqlamasında psixoloq Gülnar Orucova bildirib ki, musiqinin insan həyatında rolu danılmazdır, musiqi insan ruhunu oxşayır:
"İnsanlar musiqini eşidəndə fərqli hisslər keçirirlər, bəziləri sevinc, bəziləri kədər, bəzilərinin acıları o həzin notlarda öz ifadəsini hardasa tapır. Bəzi musiqilər var ki, onlar insanda mərhəmət hissini formalaşdırır. Məsələn, son dönəmdə yazılmış “Qızım” mahnısı var, o neçə xanıma , neçə ailəyə öz övladını sevməyi, qayğısına qalmağı öyrətdi. Eləcə də abort etmək istəyən anaları bu əməldən çəkindirdi. Marşlar əsgərləri xüsusi ruh yüksəkliyində saxlayır, onlarda mübarizə əzmini formalaşdırır. Son dönəmlərdə bəzi yeniyetmələrin, uşaqların avtoritet mahnılarına xüsusi maraqları yaranır. Bu tip mahnılar cəmiyyətdə o qədər də xoş qarşılanmır, bəzən qınağa da çəkilir ki, niyə bu tip mahnılar yaranır. Eyni zamanda bu mahnılar insanları zərərli vərdişlərə yönəldir".
Samirə Musayeva