Bazarda satılan toyuqlar hansı şəraitdə yetişdirilir ?-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 19:56 26.02.2024

Bu gün bazarlarda kənd toyuğu adı altında broyler toyuqlar satılır. Bu toyuqların hansı şəraitdə yetişdirilməsi sual altındadır. Alıcılar toyuq alarkən nələrə diqqət etməlidirlər ?


Qida eksperti Ağa Salmanov"informator.az"a açıqlamasında bu məsələyə münasibət bildirib:

 

''Kənd toyuğu adı altında satılan toyuqlar həqiqətəndə xəstəlik mənbəyidir. Çünki məlum deyil ki, bu toyuq doğurdan da kənd toyuqudur. Broyler toyuğunu nəyə görə kənd toyuğu adı ilə satırlar ? Demək ki, hansısa işbazlıq var. Kənd toyuğu gəzən zülallarla qidalanmalıdır.Öz yemləri ilə yanaşı təbii şəkildə də təbiətdən qida əldə edirlər.Lakin stres altında,qəfəsdə yetişdilərən broyler toyuqlar təbii ki, insanlar üçün zərərli sayılır. Bunun səbəbi odur ki, hormonlarla qidalanırlar. Və bu hormonal pozuntulara gətirib çıxarır. Fikir versək görərik ki, bu toyuqlar daha tez yetişdirilir və daha tez satışa çıxarılır. Bütün toyuqlar yumurtadan çıxdıqdan sonra cücə hesab olunur. Və 5-6 ay vaxt lazımdır ki, bu cücələr fərə və yaxud beçə halına gəlib çatsın. Buna yarka dövrü deyilir. Yəni yumurtalamaqdan öncəki dövr. Əfsuslar olsun ki,broyler toyuqlarını sarıkök və ya başqa rənglərlə rəngləyib kənd toyuqu adı altında satırlar''.

 

Ekspert əlavə edib ki,insanlar tanıdığı yerlərdən toyuqları almalıdırlar.

 

''Əksər vaxtı kənd toyuqlarının içalatı da içlərində olur.Ayaqları isə broylerlərə nisbətən uzun olur.Ətləri isə bir az sərt olur və gec bişir.Kənd toyuqlarının dadı broylerlərdən dadlı olur.Bu gün şəhərdə insan sayı artıb və bu artan nüfuzu onları təmin edə biləcək qədər kənd toyuqlarıyla təmin eləmək mümkünsüzdür.Deməli kənd toyuğu adı altında satılan toyuqlar şübhə yaradır''.

 

Səkinəbəyim Cəfərova