"Bu virusun insana keçməsi təhlükə yarada bilər"-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 21:12 26.02.2024
"Həm virus növü kimi at qripi, həm də respirator infeksiyalarından yoluxan bütün infeksiyalar ümumilikdə qrip adlandırırlar. At qripi virusu əslində ensefalit virusudur. Kanadada yayılmış və elmə çoxdan məlum olan virus növüdür. Əsas daşıyıcıları və ötürücüləri ağcaqanadlardır. Ağcaqanadlarada toyuqlardan, quşlardan və.s. heyvanlardan ötürülür".
Bu sözləri "informator.az"a açıqlamasında tibb üzrə elmlər doktoru, professor Adil Qeybulla söyləyib. Həkimin sözlərinə görə, at qripi adətən insanda parazitlik etmir:
"Bir atdan digər ata keçmir, lakin ağcaqanad atı sancdıqda atın ölümünə səbəb ola bilər. Bu virus insanada keçə bildiyi üçün təhlükəli infeksiya kimi nəzərdə tutulur. Zaman-zaman müxtəlif zoonotik yəni, heyvanlarda parazitlik edən virusların insana transfer etməsinin şahidi oluruq. Bu virusun insana keçməsi təhlükə yarada bilər. Virus əsasən, beyni zədələyir. Ensefalit əlamətləri törətdiyi üçün "at ensefaliti" adlandırılır. Qısa müddət ərzində heyvan beyin əlamətləri ilə huşunu itirir və ölümünə səbəb olur. İnsanlarda bu, analoji davranış göstərir. Baxmayaraq ki, elm bu qədər inkişaf edib, insan artımı, fauna və floranın daim sıxışdırılması tədricən o fauna və florada parazitlik edən virusların insana transfer edilməsi ilə nəticələnir. Nəticədə biz yeni-yeni xəstəliklərlə üzləşirik".
Elnarə İslamova