Uşaqlara neçə yaşından dil öyrədilməlidir?-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 21:20 26.02.2024
Xarici dil təhsili nə qədər erkən başlasa, o qədər yaxşıdır. Hətta tədqiqatlar göstərir ki, xarici dil öyrənən uşaqlar digər fənlərdə də uğurlu olur və onların gələcəklərinə təsir edir. Bəs uşaqlara neçə yaşından dil öyrətmək lazımdır?
Mövzu ilə əlaqədar uşaq psixoloqu Zeynəb Əyyubova "informator.az"a açıqlamasında bildirib ki, əgər uşaqda psixoloji inkişaf ləngiməsi yaxud nitq inkişaf ləngiməsi yoxdursa, uşağa 3 yaşından etibarən ikinci dili öyrətmək olar:
"Bu gün Azərbaycanda belə bir tendensiya var ki, rusdilli olmayan ailələr uşaqlarına rus dilini öyrətməyə meyllənirlər. Uşaq öyrənsə də, öyrənməsə də rusdilli qruplara qoyurlar və məcburən onları öyrədirlər.
Uşağa ikinci dili öyrətmək çox gözəldir, ancaq bu yaşına və qavrama qabiliyyətinə uyğun olmalıdır".
Lamiyə Cənnətzadə