Uşaqların tərbiyə edilməsi zamanı diqqət edilməli məqamlar-PsixoloqAÇIQLADI
Bölmə: Sosial › ,Tarix: 22:53 26.02.2024
Günümüzdə aktual mövzulardan biri də şagirdlərin, yeniyetmələrin, ümumilikdə yeni nəslin xoşa gəlməz hərəkətləridir. Məktəblərdə yayılan görüntülər, yeniyetmə gənclərin öz ideologiyası olaraq kriminal aləmə olan meyilliliyi, gənclərin biri - birinə qarşı mənfi münasibətləri vüsət almaqdadır.
Bəs bu halların qarşısı necə alınmalıdır
Valideynlər gələcəkdə bu kimi mənfi halların yaşanmaması üçün övladlarının tərbiyəsində hansı məqamlara diqqət etməlidirlər?
Psixoloq Nizami Orucov "İnformator.az" a verdiyi açıqlamada qeyd edir ki, uşaq tərbiyə prosesi zamanı ata-ananın ona münasibətini görüb düzgün tərbiyə alır:
"Övladlarımızı doğru tərbiyə etmək üçün özümüzü təbriyə etməkdən başlamalıyıq. Uşaqların tərbiyəsi üçün düzgün bir ailəsi olmalıdır. Həyata sağlam yanaşma düşüncələrini, ata-anasının bir-birinə yanaşma münasibətini, görməlidir ki, doğru şəkildə formalaşa bilsin. Boşanma hallarında isə ana və atanın bir- birinə hörmətli davranışlarını görməlidir. Bu şəkildə biz uşaqları tərbiyə etməkdə çətinlik çəkirik".
Psixoloq bildirir ki, valideynlər tərbiyə edərkən öz davranış və düşüncələriylə uşağa sağlam, gözəl, doğru nümunələr göstərməlidirlər.
"Vicdan aşılamalıyıq, yaxşını, pisi ayırd etməyi öyrətməli, qeyri-doğru düşüncələrin mənfi tərəflərini göstərməli, əziyyətə hörmət formalaşdırmalıyıq. Bu şəkildə milli adət və ənənələrə hörmət düşüncələrini də formalaşdıraraq sağlam düşüncəli övlad yetişdirə bilərik".
Azər Abuşov