Sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsi idarə edən yeniyetmələri hansı cəzalar gözləyir?-Ekspertdən açıqlama
Bölmə: Sosial › ,Tarix: 18:29 27.02.2024
Son zamanlar yeniyetmələrin yetkinlik yaşına çatmadan avtomobil idarə etməsinə şahid oluruq. Bu vəziyyət qəzalara, yaxud insan ölümünə səbəb olur. Maraqlıdır ki, yeniyetmələrin sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsi idarə etmələrinin cəzaları nələrdir?
Mövzu ilə bağlı nəqliyyat eksperti İlqar Hüseynli İnformator.az ilə fikirlərini bölüşüb.
İlqar Hüseylinin fikirlərinə görə, yeniyetmə nəqliyyat vasitəsini idarə etdiyi zaman sürücülük vəsiqəsinə sahib deyilsə və dövlət yol polisi əməkdaşları tərəfindən saxlandıqdan sonra xüsusi duracaqlara nəqliyyat vasitələri aparılır.
"Həmin nəqliyyat vasitəsi duracaqda saxlanıldıqdan sonra müvafiq qanunvericinin tələblərinə uyğun olaraq nəqliyyat vasitəsinin sahibinə avtomatik şəkildə cərimə tətbiq olunur. Əgər yeniyetmə nəqliyyat vasitəsini qaçırıbsa, artıq burada həmin yeniyetməyə inzibati xətalar məcəlləsinə müvafiq qaydalarına uyğun olaraq cəza tətbiq olunur.
Nəqliyyat eksperti qeyd edir ki, idarəetmə zamanı qanunsuz olaraq nəqliyyat vasitəsi hər hansı bir qəza törədib yaxud piyadanı vurub öldürübsə, o zaman sükan arxasında oturan yeniyetmə ilə bağlı cinayət məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq cəza qanunvericiliyi tətbiq olunur.
"Sürücülük hüququ olmayan nəqliyyat vasitəsini idarə etmək üçün verən şəxsə də eyni zamanda müvafiq cəzalar tətbiq olunur."
Fatimə Mustafayeva