Zəif internetin səbəbləri açıqlandı

Bölmə: Sosial › ,
Tarix: 20:13 27.02.2024

Əksər insanlar günümüzdə internetin ya davamlılığından ya da sürətindən şikayət edir. İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) verdiyi açıqlamada qeyd ediblər ki, əsas səbəblərdən biri dayanıqsız və zəif siqnallar ötürən "Wİ-Fİ" qurğularının alınmasıdır. İKTA vətəndaşları bu tip avadanlıq alarkən keyfiyyətindən əmin olub, serfikatı olan qurğular almağı önərib.

 

Bəs alıcılar internet qurğusu alarkən onun keyfiyyətli olduğuna necə əmin ola bilər ?

 


İKT eksperti Elvin Abbasov "İnformator.az"a verdiyi açıqlamada bildirir ki, hal-hazırda Azərbaycanda ən ucuz və keyfiyyətsiz paylayıcı qurğulardan istifadə olunur:

 

"Daha öncə də bu məsələni bəyan etmişdik ki, sürətli internet sadəcə infrastrukturun fibriloktik tərəfində olmamalıdır, paylaşdırıcı qurğular da keyfiyyətli olmalıdır. Nə qədər yaxşı alt yapımız olsa, yaxşı infrastrukturumuz olsa da onun LT paylaşdıran qurğu, modem və digər paylayıcı qurğular da keyfiyyətli olmalıdır. Əksər halda internet sürətindən şikayətçi olacıyıq".

 

Ekspert qeyd edir ki, internetin keyfiyyətli olma prosesində ən böyük rolu modem, LT tipli paylayıcı qurğular  oynayır.

 

"Buna görə də Azərbaycana paylayıcıları keçirərkən, onların reystrini alarkən çox diqqətli olmalıyıq, çünki Azərbaycanda hal-hazırda ən ucuz və keyfiyyətsiz modem paylayıcılardan istifadə olunur. Təbii ki, bunlara nəzarət olması zəruridir. Yaxşı olar ki, vətəndaşlar bu qurğuları alan zaman mütəxəssis rəyindən istifadə etsinlər".

 

 

Azər Abuşov