" Dinləməliyik ki, dinlənək"-Psixoloq açıqladı
Bölmə: Sosial › ,Tarix: 20:17 27.02.2024
Müasir dövrdə valideynlərin uşaqları ilə bağlı tez-tez müraciət etdiyi problemlər arasında övladlarının sözə qulaq asmaması ,sözlərini dinləməməsi də vardır. Bəs bu problemin kökündə nə dayanır? Valideynlər nə üçün belə problemlərlə qarşılaşır?
Mövzu ilə əlaqədar informator.az-a Psixoloq Ülviyyə İlqar açıqlama verib.
"Həddindən artıq sərbəst və rahat böyüyən, davranışı məhdud olmayan uşaq valideynlərinə qulaq asmır çünki dinləmədiyi təqdirdə fayda görməyəcəyi və ya xoşuna gəlməyən nəticələrin olacağından narahat olmur.
Ciddi nizam-intizam altında tərbiyə alan uşaq da, itaətsizdir çünki belə intizam demək olar ki, həmişə reaksiya doğurur. Uşaqda dinləsə belə, hər fürsətdə bu qaydalara qarşı üsyan etmək istəyi yaranır".
Psixoloq bildirib ki, övladınızı dinləyəndə əlinizi telefondan,gözünüzü televizordan çəkin.
"Sözünü de,mən səni eşidirəm"- deyərək gözü TV-də olan valideyn uşaqda mənfi təəssürat yaradır. Necə ki, əgər siz dərdinizi, probleminizi danışanda dostunuz sizə qulaq asmaq əvəzinə fikrini başqa yerə yönləndirsə, sizə xoş olmaz".
Ülviyyə İlqar uşağın valideyni dinləməsi üçün 4 həll yolu göstərib:
1. O danışanda sözünü kəsməyin.Sözünün bitməsini sonuna qədər gözləyin.Sözünü kəsib,fikir bildirməyə başlasanız övladınız özünü dəyərsiz,dinlənilməyən hiss edəcək.
2. Onu danışmağa cəsarətləndirmək üçün: “aha, sonra nə oldu,sonu çox maraqlıdı” kimi sadə mesajlar verin ki, anladığınızı hiss etsin.
3. Danışdığı məsələni aşağı qiymətləndirməyin, lağ etmeyin. Bizim adi gördüyümüz vəziyyət onlar üçün xeyli qarışıq və çətin ola bilər.
4. Başqa bir işlə məşğul olmayın.Övladınıza ayıracağınız 5-10 dəqiqə,ona çox şey qazandırmaqla yanaşı, aranızdakı münasibəti də gücləndirəcək.
Aydan İsayeva