Maqnit qasırğaları insanlara necə təsir edir-HƏKİMDƏN AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 17:38 28.02.2024

Yer kürəsində gözlənilməz maqnit qasırğaları başlayıb. Baş verən maqnit qasırğalarının insanlara necə təsir göstərməsi ilə əlaqədar həkim-terapevt Zakir Quliyev ‘’informator.az’’a açıqlamasında bildirib ki, təbiətdə baş verən hər bir hadisə zamanı insan orqanizminə az və ya çox dərəcədə təsir göstərir. Fəsillərdən keçid zamanı istər-istəməz orqanizmdə adaptasiya üçün ciddi şəkildə enerji sərf olunur və immun sistemi zəifləyir. Təbiət hadisələrindən biri də maqnit qasırğalarıdır:


‘’Maqnit qasırğaları, zamanı bədən yeni bir mühitə adaptasiya olmağa çalışır. Burada, bəzi xəstəlik qruplarında adaptasiya prosesi çətin olur. Xüsusən, şəkərli diabetdən, təzyiqdən, ürək-qan damar sistemindən əziyyət çəkən insanlar, ciddi qan azlığı olan, nevroz xəstəliyi olan insanlarda vəziyyət daha çətin olur və bu insanların adaptasiya prosesi ağır keçir. Həmin insanlar maqnit qasırğaları olan dönəmlərdə daha ehtiyyatlı olmaları, hər hansı xəstəliyi olub dərman qəbul edirlərsə mütləq həmin dərmanlarl davamlı istifadə etməli, problem yaranarsa həkimə müraciət etməlidirlər’’.


Zakir Quliyev qeyd edib ki, son vaxtlarda maqnit qasırğalarına bağlı olaraq xəstələrin vəziyyətərinin ağırlaşmasını müşahidə etmək mümkündür.

 

"Həmin xəstələr, ən önəmlisi yuxu rejiminə riayət etməli, stressi doğru idarə etməli, qidalanmaya diqqət etməli və günlük mütləq şəkildə su ehtiyyacını qarşılamalıdırlar.
Son olaraq saat 11:00-17:00 aralığında çöldə olmamaları tövsiyə olunur’.

 

 

Sevinc Yarməmmədova