Kolbasaların tərkibinə doğrudan da ət vurulurmu?- PƏRDƏARXASI

Bölmə: Sosial › ,
Tarix: 19:46 28.02.2024

Kolbasaya müxtəlif ədviyyatlar, duz və piy qatılır. Bağırsaq və ya onun suni əvəzedicisinin içərisində preslənmiş ət farşıdır. Yarandığı gündən etibarən kolbasa insanlar arasında çox populyar olub və bu gün də öz populyarlığını saxlamaqdadır.
Kolbasanın tərkibinə müxtəlif növ ət məhsulları əlavə edilir. Mal əti, toyuq əti vəsairə. Tərkibinə vurulan məhsullara görə kolbasanın qiyməti də dəyişir. Gündəlik həyatımızda ucuz qiymətə olan kolbasalara rast gəlirik. Həmin kolbasaların tərkibinə doğrudan da ət vurulurmu ?

 

Bu barədə "informator.az"a açıqlamasında qida eksperti Ağa Salamov bidlirb ki,kolbasaların 70 faizi ətdən ibarət olmalıdır. Əgər toyuğun döş əti qatılacaqsa, mütləq şəkildə kolbasanın üzərində də "toyuq döşü" yazılmalıdır:

 

"Çox vaxt kolbasanın üzərində "mal əti", sonra da "toyuq əti" yazılır. Toyuğun əti deyil o, toyuğun dərisidir. Həmin kolbasaların qiymətinə baxanda da görürük ki, 2 kolbasanı birləşdirirlər. Və birini alana, digərini hədiyyə verirlər. Ucuz qiymətə satırlar. Mal ətinin kilosu 14-15 manatdır. Bir kilo kolbasını 8 manata satırlar. Bu necə olur ?"

 

Müsahib əlavə edib ki,burda şübhə oyandıran məqamlardan biri toyuğun yeyilməyən hissələri farş vəziyyətinə salınır, kolbasaya qatılır. Və maya dəyərini aşağı salır.

 

"Maya dəyərinin də aşağı olması kolbasanın ucuz qiymətə satılmasına səbəb olur. Diqqət yetirilməsi lazım olan məsələlərdən birisi də yağlılıq nisbətidir. 70%-i ətdən ibarət olmalıdırsa, yerdə qalan da yardımcı hissələr olmalıdır, ədviyyatlar və.s.
Metro çıxışlarında, marketlərdə ucuz satılan kolbasalarda da şübhələr var. Diqqət yetirilməsi lazım olan məsələlərdən birisi də yağlılıq nisbətidir. 70 faizi ətdən ibarət olmalıdırsa, yerdə qalan da yardımcı hissələr olmalıdır, ədviyyatlar və.s.
Metro çıxışlarında, marketlərdə ucuz satılan kolbasalarda da şübhələr var".

 

Ekspert vurğulayıb ki,bəzi yerlərdə sümük üyüdən xüsüsi aparatlardan istifadə olunur.

 

"Bəzən də şahidi oluruq ki, böyük şirkətin malıdır, fikirləşirsiniz ki, bu markadır. Həmin şirkətlərdə sümük üyüdən xüsüsi aparatlar var. Çox bahalı aparatlar olduğundan hər şirkət ala bilmir. Amma, böyük zavodlarda, toyuq sexlərində, ucuz kolbasa satılan yerlərdə ola bilər.Sual verilə bilər ki, kolbasaya toyuq vurulanda rəngi açıq olmalıdır. Bəli, açıq olur, amma nəzərə alaq ki, orda rəngdən də istifadə olunur. Həmin rəng də oksidləşməyə qarşı qoruyucu maddə kimi vurulur, eyni zamanda da rəng verir. Çox vaxt toyuğun qatılığını saxlamaq üçün nişastadan da istifadə olunur".

 

Lalə Qafarova