“Bu abituriyentlərin həyəcanın aşağı düşməsinə təsir edə bilər”-Psixoloq
Bölmə: Sosial › ,Tarix: 20:23 28.02.2024
Buraxılış imtahanına sayılı günlər qalıb. Bu müddət ərzində abituriyentlər həyəcanlı olurlar. Bu məqamda valideynlər övladlarına necə dəstək ola bilərlər? Bu mövzuda psixoloq Aynur İsmayılova “informator.az”a danışıb.
Psixoloq deyir ki, imtahan dövrü həm abituriyentlərin, həm də valideynlərin həyəcan keçirdiyi dönəmdir.
“Valideyn imtahan nəticələrinə görə uşağına qiymət verməməlidir. Yəni valideyn “uşağıma imtahan nəticəsinə görə qiymət vermirəm” fikrini özü üçün əsas fikir saymalıdır. Uşağa dəstək olmalıdır, “sən imtahan versən də, verməsən də mənim övladımsan” “bal mənim sənə olan sevgimi dəyişmir” “sən gec ya da tez uğur qazana bilərsən, hər zaman mən səni sevəcəm” bu kimi ifadələr deyilə bilər. Valideynlərin övladlarını sıxışdırmaması onlar üçün əsasdır. Bu onların həyəcanın aşağı düşməsinə və imtahanda yaxşı nəticə göstərməklərinə təsir edə bilər.
Sayad Qoşnalıyeva