Yazda hansı xəstəliklər üzə çıxır?-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 21:10 28.02.2024
Yaz fəsli təbiətin canlanması, günlərin qışa nisbətən daha uzun olmasıyla tanınır. Lakin yaz gəldikdə özüylə bərabər bəzi xəstəlikləri də gətirir. Bəs bunlar hansı xəstəliklərdir?
Mövzu ilə bağlı terapevt Zakir Quliyev "informator.az"a açıqlamasında bildirib ki, fəsil dəyişiklikləri zamanı bədənimizdə olan hüceyrələr bu dəyişkənliyə qarşı adaptasiya olmağa çalışırlar və bu adapdasiya zamanı hüceyrələr ciddi enerji sərf edir və immun sistem zəifləmiş olur:
"Fəsil dəyişikliyi zamanı xəstəliklərin artması bununla əlaqəlidir. Xüsusən qış aylarından yaz aylarına keçid zamanı daha çox olur, artıq havada ağacların çirklənməsi, polenlərin artması nəticəsində allergik, allergik bronxit, allergik-rinit, astmatik, ağ ciyər xəstəliklərin bu dönəmlərdə şiddətlənməsi müşahidə olunur. Birincisi bu temeratur dəyişikliyiylə, ikincisi isə havada olan toz hissəciklərinin ağacların çiçəklənməsiylə havadakı polenlərin birdən artması ilə birbaşa əlaqəlidir. Eyni zamanda ürək-qan-damar sistemindən, arterial hipertenziyadan əziyyət çəkən insanlarda havaların soyuqdan istiyə keçməsi zamanı ani bir fəsil dəyişkənliyinə bağlı olaraq da bu xəstəliklərin aktivləşməsini müşahidə edə bilərik. Qidalanma tərzinin dəyişməsi, qidalanmadakı komopnentlərin daha fərqli komponentlərlə əvəz olunmasııyla birlikdə mədə-bağırsaq sistemi xəstəliklərinin atrması müşahidə olunur".
Samirə Musayeva