Danionella cerebrum: Dırnaq böyüklüyündə, yüksək səs çıxaran bir balıq
Bölmə: Maraqlı › ,Tarix: 23:30 04.03.2024
Alimlər kiçik, şəffaf bir balığın qaya qazması kimi yüksək səs çıxardığını müəyyən etdilər.
Laboratoriyada akvariumdan gələn sirli səslər üzərində araşdırmalar başlayanda Almaniyada Danionella cerebrum adlı balığın güclü səs çıxardığı görülüb. Balıq bu səsi üzmə kisəsi adlanan orqanından çıxarır və balığa yaxın sularda səs ölçən 140 desibel göstərir ki, bu da güllə səsi qədərdir. Tədqiqatçılar hesab edirlər ki, 12 mm uzunluğundakı bu növ öz ölçüsünə görə indiyə qədər tapılan ən səs-küylü balıqdır. Bu ritmin isə sosial ünsiyyət forması ola biləcəyi güman edilir. Təbiətdə ümumiyyətlə heyvan nə qədər böyükdürsə, səsi də o qədər yüksək olur. Sualtı, bu kiçik dəniz canlısı, indiyə qədər kəşf edilmiş ən səs-küylü növlərdən biridir. Elm adamları bilirdilər ki, silah karidesi kimi canlılar digər növləri ovlayarkən təxminən 200 desibel yüksək səs çıxara bilirlər. Danionella tədqiqatlara mane olmur, çünki şəffaflığı onun beyninin fəaliyyətinin görünməsinə imkan verir və tədqiqatçılara da davranışını yaxından tədqiq etməyə imkan verir.
Aytac Kərimova
Mənbə: BBCNews