Darçının insan oqranizmi üçün faydaları nələrdir?
Bölmə: Maraqlı › ,Tarix: 23:14 07.03.2024
Darçın bir çox yeməklərə və desertlərə dad vermək üçün istifadə edilən ədviyyatlardan biridir. Halbuki darçın təkcə yeməkdə deyil, çay kimi də qəbul edilən bir bitkidir. Bu səbəbdən darçınlı çayın necə hazırlanması məsələsi çox araşdırılan mövzudur. Darçınlı çayın dəmləmə üsulları nələrdir?
Darçın bir çox müxtəlif yeməklərdə və desertlərdə ədviyyat kimi istifadə olunur. Dəfnəkimilər fəsiləsinə aid bitki növüdür. Vətəni Cənub-Şərqi Asiya kimi tanınır. Bitki çaylarında geniş istifadə edilən darçın fərqli və ləzzətli qoxuya malikdir. Toz və ya çubuq şəklində istifadə edilə bilər.
Darçın çayı nə qədər dəmlənməlidir?
Darçınlı çay üçün gözləmə müddəti əhəmiyyətli bir detaldır. Gözləyərkən çayınızın soyumaması üçün stəkanı örtə bilərsiniz. Darçının vitaminlərinin və dadının suya qarışması üçün 10 dəqiqə gözləmək kifayətdir. Gündə bir fincan qəbul edilə bilər.
Darçınlı çayın bir çox faydası var. Bu çayı müntəzəm olaraq qəbul etməyiniz bu faydalardan faydalanmağınıza əhəmiyyətli təsir göstərir.
Qış günlərində soyuqdəyməyə qarşı əlavə olaraq qəbul edilə bilər. Həzm sisteminin nizamlı işləməsinə çox kömək edir.Qan dövranını sürətləndirməyə kömək edir.Bulantı və qusmanın qarşısını alır.Qan şəkərini tənzimləməyə kömək edir.Yaddaşı gücləndirməyə kömək edir.Diş əti xəstəliklərinə qarşı təsirlidir.İltihab əleyhinə təsirə malikdir.
Darçınlı çayın zərərləri nələrdir?
Darçınlı çay ölçülü istifadə olunarsa heç bir zərər vermir. Ancaq həddindən artıq qəbul edildikdə bəzi allergik reaksiyalara səbəb ola bilər. Bu səbəbdən də ölçülü şəkildə qəbul edilməsi lazım olan təbii çaylar arasındadır. Yan təsirlər baş verdikdə həkimə müraciət etmək çox vacibdir.
Fatimə Mustafayeva
Mənbə: Sabah