Almaniyada bir nəfər 217 dəfə Covid peyvəndi alıb

Bölmə: Maraqlı › ,
Tarix: 21:22 12.03.2024

Almaniyada 62 yaşlı kişinin həkimlərin əksinə tövsiyələrinə baxmayaraq 217 dəfə Covid peyvəndi aldığı bildirilib.

 

Lancet Infectious Diseases jurnalında dərc edilən işə görə, peyvəndlər 29 ay ərzində özəl klinikalardan alınıb.

 

Erlangen-Nurember Universitetinin tədqiqatçıları sözügedən adamda heç bir problem olmadığını ifadə ediblər.

 

Universitetin Mikrobiologiya fakültəsindən Dr. Kilian Schober, "Bu hadisəni qəzet xəbərlərindən öyrəndik. Sonra onunla əlaqə saxladıq və Erlangendə bəzi testlərdən keçmək istədiyimizi bildirdik. Böyük maraq göstərdi" dedi.

 

"Biz araşdırma apararkən, onun təkidi ilə xəstəyə yenidən Covid vaksinləri verildi. Daha sonra immun sisteminin peyvəndlərə reaksiyasını tam olaraq müəyyən etmək üçün nümunələrdən istifadə etmək fürsətimiz oldu".

 

Maqdeburq şəhərinin prokuroru sözügedən şəxsin içində olduğu 130 peyvəndin sübutunu toplayıb və saxtakarlıq üzrə istintaqa başlayıb, lakin heç bir ittiham irəli sürülməyib.

 

Covid vaksinləri infeksiyaya səbəb ola bilməz, ancaq bədənə xəstəliklə necə mübarizə aparmağı öyrədə bilər.

 

Vektoru ribonuklein turşusu (mRNA) olan vaksinlər virusun genetik kodunun bir hissəsini bədən hüceyrələrinə göstərir.

 

İmmunitet sistemi daha sonra virusu tanıya bilər və həqiqətən onunla qarşılaşdıqda onunla necə mübarizə aparacağını bilir.

 

Dr. Şober immunitet sistemini bu qədər çox peyvəndlə hazırlamaqdan bəzi hüceyrələri yoracağından narahat idi. Lakin tədqiqatçılar 62 yaşlı kişidə belə bir tapıntı tapmayıblar. Onun Covid olduğuna dair heç bir əlamət yox idi.

 

Mütəxəssislər həddindən artıq peyvəndi təşviq etmədiklərini bildirsələr də, bu iş üzrə apardıqları testlərin ümumi nəticə çıxarmaq üçün kifayət etməyəcəyini vurğuladılar.

 

Aynur Babayeva 

Mənbə: BBC News