Dəridə vitamin əksikliyini göstərən 5 əlamət
Bölmə: Maraqlı › ,Tarix: 21:16 13.03.2024
Vitamin əksikliyi əlamətlərinə görə bir birindən fərqlənir. Yorğunluq, halsızlıq, immunitet sisteminin zəifləməsi, əzələlərdə ağrı və.s yalnız əlamətlərdən bir neçəsidir.
1.Qaşıntı-Əgər dərinizdə qaşıntı və eqzama problemləri varsa, bu B6 vitamininin əksikliyindən qaynaqlanır. B6 vitamini bədəndə 100-dən çox bioloji reaksiyanın yaranması üçün son dərəcə önəmlidir.
2.Dərinin quru olması -Quru dəriniz varsa, deməli bədənin A və C vitamininə ehtiyacı var.
3.Sızanaqlar-A, E və B vitaminlərinin az olması səbəbindən yaranır. Günəş şüalarına çox məruz qaldıqda isə ləkələrə çevrilir.
4.Çatlamış dodaqlar - Dodaqlarınız çatlayır və diş ətiniz solğun görünürsə, deməli orqanizmin dəmirə ehtiyacı var. Bu halda yağsız ət, qurudulmuş lobya və ispanaq yeyilməsi bədənin dəmirə olan ehtiyacını təmin edə bilər.
5.Gözaltı torbalar -Maqnezium əksikliyi gözaltı torbaların yaranmasına səbəb olur. Həkimlər bu vəziyyətdə banan, dəniz yosunu, turp və ispanaq kimi qidaların yeyilməsini tövsiyyə edirlər.
İlahə Həsənova
Mənbə: CNN Turk